Blog
You Are Here : Home Blog
Kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib Əsas Faydalı Xəbərlər Kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib Kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib Fevralın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “Karmasis Azərbaycan” şirkətinin birgə əməkdaşlığı çərçivəsində qurulan laboratoriyanın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Komitənin və Akademiyanın əməkdaşları, “Karmasis” şirkətinin baş direktoru Murad Eraydın, dövlət və özəl qurumların nümayəndələri iştirak edib. Tədbirin əvvəlində şəhidlərimizin və Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Gömrük Komitəsinin, “Karmasis Azərbaycan” şirkətinin fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib. Eyni zamanda gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə məlumat verilib və bildirilib ki, hazırda gömrük orqanlarının strateji hədəflərindən biri də gömrük işinin təşkili sahəsində rəqəmsallaşmanın genişləndirilməsidir. Qeyd olunub ki, qloballaşan dünyada rəqəmsallaşma, İKT, elektron ticarət, bulud texnologiyaları sürətlə inkişaf edir ki, bu da öz növbəsində virtual məkanda saxlanılan, mübadilə edilən məlumatların daha etibarlı mühafizəsini aktuallaşdırır. Dövlət Gömrük Komitəsinin də kibertəhlükəsizlik məsələlərinə, bu sahədə hərtərəfli biliklərə malik kadrların hazırlanmasına xüsusi önəm verdiyi vurğulanıb. Bu baxımdan Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyətinin təqdirəlayiq olduğu, qabaqcıl təcrübələrin, yeniliklərin öyrənilməsi istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizdəki ali təhsil müəssisələri arasında kibertəhlükəsizlik tətbiq laboratoriyası ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasında fəaliyyətə başalyıb. Sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının inzibati binasında yerləşən “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılışı olub, iştirakçılara laboratoriya barədə məlumat verilib. 24 Fevral 2023 15:16 Paylaş :
Xarici ticarət iştirakçıları ilə daha bir görüş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Xarici ticarət iştirakçıları ilə daha bir görüş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olub Əsas Faydalı Xəbərlər Xarici ticarət iştirakçıları ilə daha bir görüş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olub Xarici ticarət iştirakçıları ilə daha bir görüş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olub Fevralın 24-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib. Görüşdə son dövrlərdə gömrük sistemində həyata keçirilən yeniliklər, layihələr barədə ətraflı məlumat verilib. Həmçinin məmnunluq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə gömrük orqanları tərəfindən xarici ticarət iştirakçıları, gömrük təmsilçiləri arasında keçirilən anonim sorğunun nəticələri də geniş müzakirə edilib. Sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilən görüşdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin məsul əməkdaşları tərəfindən xarici ticarət iştirakçılarını və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 24 Fevral 2023 18:07 Paylaş :
Gömrük əməkdaşları üçün təlimlər keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük əməkdaşları üçün təlimlər keçirilib Əsas Faydalı Xəbərlər Gömrük əməkdaşları üçün təlimlər keçirilib Gömrük əməkdaşları üçün təlimlər keçirilib Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi əməkdaşları üçün etik davranış qaydalarının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılıqlarının artırılması, fəaliyyət istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilib. Təlimlərdə gömrük əməkdaşlarına Virtual Reallıq Proqramından istifadə qaydaları, Korrupsiya və onunla mübarizə sahəsində milli və beynəlxalq təcrübə, bəyanetmə və rəsmiləşdirmə, etik davranış, əqli mülkiyyət mövzularında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb. 2 gün davam edən təlimlərdə ərazi və ixtisaslaşmış gömrük orqanlarında xidmət edən 130-dan çox gömrük əməkdaşı iştirak edib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 25 Fevral 2023 11:44 Paylaş :