Blog
You Are Here : Home Blog
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib Fevralın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin üzvü, Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və digər rəsmi şəxslər iştirak edib. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Daxili İşlər Nazirliyi arasında həyata keçirilən layihə çərçivəsində “Nəqliyyat vasitələrinin axtarışı” üzrə təlim mərkəzinin inşası, gömrük əməkdaşların potensialının artırılması istiqamətində təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli qaydada məlumat mübadiləsi mexanizmlərinin gücləndirilməsi üçün hüquqi sənədlərin hazırlanması ətrafında müzakirələr aparılıb. İki ölkənin gömrük orqanları arasındakı faydalı əlaqələrdən məmnunluqla bəhs edilib, Böyük Britaniyanın dəstəyi ilə inşa olunacaq yeni təlim mərkəzinin Azərbaycan gömrüyünün kinoloji sahədəki təcrübə və imkanlarının artırılması ilə yanaşı, region ölkələri üçün də faydalı olacağı vurğulanıb. Leo Dekorti Azərbaycan gömrüyünün narkotiklərlə mübarizə sahəsində ön xəttdə yer aldığını, bu istiqamətdəki fəaliyyətinin, əldə olunan nəticələrin təqdirəlayiq olduğunu bildirib. Görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin əməkdaşları tərəfindən kinoloqların təlimi prosesində istifadə olunmaq məqsədilə hazırlanan Virtual Reallıq tətbiqi nümayiş etdirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar, həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti ilə də tanış olub, xidməti itlərin axtarış prosesini izləyiblər. Eyni zamanda ərazidə inşa olunacaq təlim mərkəzi üçün ayrılan sahəyə də baxış keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Fevral 2023 17:02 Paylaş :
Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub Əsas Faydalı Xəbərlər Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub Fevralın 23-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Ümumdünya Poçt İttifaqı (ÜPİ) arasında onlayn formatda görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavinləri-Bəhruz Quliyev, Cavad Qasımov, Natiq Şirinov, Komitənin aidiyyəti struktur bölmələrinin, Azərpoçt MMC-nin, ÜGT və ÜPİ-nin nümayəndələri iştirak ediblər. Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev yeni çağırışlara uyğun olaraq poçt bağlamalarının gömrük rəsmiləşdirilməsinin müasir alət və qaydalardan istifadə etməklə tənzimlənməsinin və elektron ticarətin asanlaşdırılmasının hazırda aktual məsələlərdən biri olduğunu bildirib. Həmçinin poçt bağlamalarının rəsmiləşdirilməsinin sürətləndirilməsi, risk təhlillərinin effektivliyinin artırılması baxımından görüşün əhəmiyyəti vurğulanıb və əməkdaşlığın gələcək addımlarının müəyyənləşdirilməsi baxımından önəmi qeyd olunub. Görüşdə poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə məlumat mübadiləsinin səmərəli şəkildə təşkili, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və paylaşılması, mövcud qanunvericiliyin tələbləri ilə bağlı məsələlər müzakirə olunub. ÜPİ-nin mütəxəssisləri xüsusi təqdimatla çxış edərək gömrük və poçt qurumları arasında məlumat mübadiləsinin təşkili mexanizmləri, bu istiqamətdə qanunvericiliyin tələbləri, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələri barədə məlumat veriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Fevral 2023 19:25 Paylaş :
Dövlət Gömrük Komitəsinin sədri Saatlı şəhərində vətəndaşları qəbul edib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri Saatlı şəhərində vətəndaşları qəbul edib Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri Saatlı şəhərində vətəndaşları qəbul edib Dövlət Gömrük Komitəsinin sədri Saatlı şəhərində vətəndaşları qəbul edib Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Fevralın 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib. DGK sədri qəbuldan öncə Saatlı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Saatlı, Sabirabad və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 24 Fevral 2023 14:10 Paylaş :