Blog
You Are Here : Home Blog
Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Fevralın 22-də Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. 70-dək sahibkarın və gömrük təmsilçisinin iştirak etdiyi görüşdə son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və innovativ layihələr barədə məlumat verilib. Eyni zamanda gömrük əməkdaşları tərəfindən “Məcburi qərarlar” layihəsi barədə xüsusi təqdimat nümayiş etdirilib, bu yeniliyin sahibkarların vaxt və vəsait itkisinin aradan qaldırılması, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi baxımından faydaları vurğulanıb. Həmçinin gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində məmnunluq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə gömrük orqanları tərəfindən sahibkarlar, gömrük təmsilçiləri arasında keçirilən anonim sorğunun nəticələri müzakirə olunub, iştirakçıların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. 22 Fevral 2023 17:56 Paylaş :
Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında Komitə aparatının struktur bölmələrinin rəhbərləri üçün ÜGT-nin Virtual Reallıq Təlim (VRT) Proqramının təqdimatı keçirilib. Dövlət Gömrük Komitəsinin Akademyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Koreyanın “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” barəsində məlumat verib, VRT avadanlığıının ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində və Gömrük Akademiyasında quraşdırıldığını bildirib. Həmçinin Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələri və layihələri barəsində geniş təqdimat nümayiş etdirilib. Daha sonra təlimçilər VR texnologiyasını tətbiqi hesabına konteynerlər üzərində fiziki yoxlamanın əsas prosedurlarını öyrənməsini dəstəkləmək məqsədilə təşkil olunan “ÜGT Virtual Reallıq Təlim Proqramı” barəsində ətraflı məlumat veriblər. Qeyd edək ki, VRT Proqramı ÜGT Baş Qərargahında Koreyanın Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə ingilis və fransız dillərində yaradılıb. 22 Fevral 2023 21:30 Paylaş :
Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsinə cəlb olunan Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib. Ölkəmizdə elmə, təhsilə xüsusi önəm verildiyinin bildirən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi uzaqgörən siyasətindən bəhs edib. Bildirilib ki, Ulu öndər elm və təhsil sahəsində mütərəqqi, qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi məqsədilə gənclərin xarici ölkələrdə təhsil alması üçün xüsusi proqram reallaşdırıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gömrük işinin təşkili sahəsində də elmi əsaslara söykənən institusional yanaşmalara xüsusi önəm verildiyi vurğulanıb, gömrük orqanlarının kadr potensialının formalaşdırılmasında, bilikli və istedadlı mütəxəssislərin yetişdirilməsində Gömrük Akademiyasının rolu qeyd edilib. Nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların, istehsalat təcrübəsinin də xüsusi əhəmiyyət daşıdığı, bu baxımdan Akademiyanın tələbələrinin Komitənin müxtəlif struktur bölmələrindəki fəaliyyətləri dövründə əldə edəcəkləri bilik və bacarıqların, qazanacaqları iş təcrübəsinin ixtisaslı kadrlar kimi yetişmələrində mühüm rol oynayacağı diqqətə çatdırılıb və onlara uğurlar arzulanıb. Qeyd edək ki, ümumilikdə Gömrük Akademiyasının 81 tələbəsi Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə cəlb olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Fevral 2023 16:53 Paylaş :