Blog
You Are Here : Home Blog
“Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir Əsas Komitə Xəbərlər “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarət, cinayət üzrə əməliyyat məlumatı, tranzit və bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi ilə bağlı saxtakarlıq və ixrac nəzarəti”nə dair təlim keçirilir. Azərbaycan, Qazaxıstan və Türkmənistan gömrük xidmətlərinin aidiyyəti qurumlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi olan “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təşkil olunub. Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekspertləri Adam Baçellor, Ercan Saka, “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı”nın hər üç ölkə üzrə milli əlaqələndiriciləri və nəzarət qruplarının üzvləri iştirak edib. 5 gün davam edəcək təlim çərçivəsində ekspertlər tərəfindən strateji malların ticarətində milli fəaliyyətin tənzimlənməsi, embarqo və sanksiyaların icmalı, strateji ticarətin ixrac nəzarəti və tranzit daşımalar sahəsində hüquqpozmalar, bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi sahəsində hüquqpozmalar, əməliyyat məlumatlarının istifadəsi və digər mövzularda təqdimatlar nümayiş etdiriləcək, milli və qabaqcıl ölkələrin təcrübələrinə dair məlumatlar veriləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Avqust 2022 15:32 Paylaş :
“Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir Əsas Komitə Xəbərlər “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” (CASE) mövzusunda seminar öz işinə başlayıb. ABŞ Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi tərəfindən ABŞ Dövlət Departamentinin "İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi" (EXBS) proqramı çərçivəsində təşkil olunan seminarın açılışında Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov, ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Agentliyinin qərargah üzrə proqram meneceri Samra Volde-Tensae, Argonne Milli Laboratoriyasının baş mütəxəssisi Ron Orzel, Los Alamos Milli Laboratoriyasının mütəxəssisləri və Komitənin strukturuna daxil olan müvafiq qurumların əməkdaşları iştirak edib. Seminar çərçivəsində hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili metodologiyası haqqında iştirakçılar ətraflı məlumatlandırılacaq ki, bu da ikili təyinatlı malların kodunun müəyyənləşdirilməsi, onların texniki göstəriciləri əsasında təyinatı və daşınması üsullarının öyrənilməsi, sərhəddən qanunsuz keçirilməsinin vaxtında qarşısının alınması və beynəlxalq təcrübənin daha dərindən mənimsənilməsi baxımından əhəmiyyət daşıyır. Üç gün davam edəcək seminarda ABŞ-ın Argonne Milli Laboratoriyasının baş mütəxəssisi-ekspert Ron Orzel tərəfindən CASE haqqında ümumi məlumat veriləcək, bu metodologiya əsasında əyani şəkildə konkret tapşırıqlar icra olunacaq və biliklər qiymətləndirilərək iştirakçılara sertifikatlar veriləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Avqust 2022 14:10 Paylaş :
Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib Əsas Komitə Xəbərlər Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib Avqustun 22-də İran İslam Respublikasına səfəri çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında ikitərəfli formatda görüş keçirilib. İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını bildirib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin vurğulanıb ki, qarşılıqlı əməkdaşlığın inkişafı iqtisadi-ticarət əlaqələrin də yüksəlməsinə şərait yaradıb. Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarətini ilkin elektron məlumat mübadiləsi vasitəsilə reallaşdırmaqla sürətli keçidin təmin olunması, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsinin tətbiq edilməsi, yeni sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. 22 Avqust 2022 17:49 Paylaş :