Blog
You Are Here : Home Blog
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli İzahlı qeydlər 2022 Hüquqi qeydlər 2022 Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “Winter Cyber Security Camp 2023” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə kibertəhlükəsizlik sahəsində kritik düşünmə qabiliyyətinə malik savadlı kadrların hazırlanması məqsədi ilə təşkil edilən layihənin önəmindən, Dövlət Gömrük Komitəsinin Akademiyasının tərəfdaşı olan “Coders Azerbaijan”la səmərəli əməkdaşlıqdan söhbət açılıb. Bu sahədə həyata keçirilən layihələrin gənclər arasında böyük maraq yaratdığı, hazırda dünyada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərə ciddi tələbatın müşahidə olunduğu diqqətə çatdırılıb, daha sonra layihə çərçivəsində görülən işlərlə bağlı hesabat verilib. Tədbirin sonunda layihənin qalib komandasına, iştirakçılara, layihə könüllülərinə sertifikatlar və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası və “Coders Azerbaijan” Tədris Mərkəzində 14 gün davam edən kibertəhlükəsizlik üzrə qış məktəbinin təlimləri yerli, həmçinin Türkiyə və İngiltərədən olan təcrübəli mütəxəssislər tərəfindən təşkil edilib. Akademiyanın 20 tələbəsini əhatə edən təlimlərdə iştirakçılar intensiv tədrisdə iştirak edərək hücum və müdafiə xarakterli kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlara yiyələniblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 20 Fevral 2023 16:37 Paylaş :
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov fevralın 24-də saat 11:00-da Saatlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 166) Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı Saatlı, Sabirabad və İmişli rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub/ ) qəbula yazıla bilərlər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 20 Fevral 2023 17:36 Paylaş :
“Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələri məlumatlandırılıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələri məlumatlandırılıb Əsas Faydalı Xəbərlər “Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələri məlumatlandırılıb “Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələri məlumatlandırılıb Gömrük sistemində son dövrlərdə tətbiq edilən yeniliklər və layihələr, gömrük işinin təşkili prosesində həyata keçirilən təkmilləşdirmələr, xüsusilə pilot variantda tətbiqinə başlanan “Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların fikir və rəylərinin öyrənilməsi məqsədilə fevralın 22-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib. Palata üzvlərinin və Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi görüşdə gömrük xidmətinin strateji hədəfləri, tətbiq edilən yeniliklər və layihələr, “Elektron hesab səhifəsi” xidməti barədə təqdimat nümayiş olunub, iştirakçılar ətraflı məlumatlandırılıb. Görüşdə, həmçinin “Elektron hesab səhifəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə izah edilərək layihənin faydaları barədə məlumat verilib. Sonda iştirakçıların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 22 Fevral 2023 18:06 Paylaş :