Blog

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib

06-06-2023

Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib Əsas Faydalı Xəbərlər Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib İyunun 6-da Gəncə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib.  İclasda Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Rusiya, Belarus, Tacikistan gömrük xidmətlərinin rəhbərləri iştirak edib. İclasdan əvvəl nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Həmçinin iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terror nəticəsində dağılan əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini ehtiramla anıblar. Sonra qonaqlar Gəncə şəhərində Heydər Əliyev Mərkəzi ilə tanış olublar. İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin və məlumat mübadiləsinin genişləndirilməsi baxımından şuranın iclasının əhəmiyyətindən danışıb və aparılacaq müzakirələrin  səmərəli olacağına əminliyini ifadə edib. Sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanılıb. İclas iştirakçıları dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları və gömrük nəzarəti zamanı gömrük orqanları və daşıyıcıların fəaliyyətinin təşkili, gömrük xidmətləri arasında ekspert və tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması, malların gömrük dəyəri, eyni zamanda əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumat mübadiləsinin reallaşdırılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.  Həmçinin üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat və kommersiya sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının vurulması qaydası və kadr hazırlığı haqqında saziş layihələri ilə bağlı müzakirələr aparılıb. İclas çərçivəsində Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən  Ruslan Davıdov MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib. Xatırladaq ki, bir gün əvvəl, iyunun 5-də MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının ekspertlərinin də iclası keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 6 İyun 2023 19:37 Paylaş :