Blog
You Are Here : Home Blog
Külli miqdarda siqaretlər və spirtli içkilər aşkar edildi
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Külli miqdarda siqaretlər və spirtli içkilər aşkar edildi Əsas Faydalı Xəbərlər Külli miqdarda siqaretlər və spirtli içkilər aşkar edildi Külli miqdarda siqaretlər və spirtli içkilər aşkar edildi Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar. Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər. Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370760 ədəd siqaretlər və 41 ədəd spirtli içkilər aşkar edilib. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 Fevral 2023 11:19 Paylaş :
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib Fevralın 15-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər. İlk olaraq tədbir iştirakçıları qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatlarını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Palatanın rəhbəri Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət orqanları ilə mütəmadi görüşlərin təşkil edildiyini, cari ildə ilk görüşün gömrük orqanları ilə keçirildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da səmərəli şəkildə qurulacağını bildirib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük orqanlarının biznes nümayəndələri ilə münasibətlərin işgüzar zəmində qurulmasına, gömrük-biznes əməkdaşlığında açıq, şəffaf dialoqa xüsusi önəm verdiyini bildirib, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması istiqamətində zəruri addımlar atıldığını vurğulayıb. O da qeyd olunub ki, gömrük xidməti qarşısında müəyyənləşdirilən əsas hədəflərdən biri də gömrük sahəsində biznes subyektlərinə münbit şəraitin yaradılması, qəbul edilən qərarlar, tətbiq edilən yeniliklərlə bağlı onların təklif və rəylərinin öyrənilərək reallaşdırılmasıdır. Bu məqsədlə son dövrlərdə gömrük orqanları tərəfindən fəaliyyət planının hazırlandığı, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının, şəffaflığın, əlçatanlığın artırılması üçün yeniliklərin, rəqəmsal həllərə əsaslanan innovativ layihələrin tətbiqinə başlanıldığı diqqətə çatdırılıb. Görüşdə gömrük orqanlarının missiyası, gələcək fəaliyyətindəki priroritet istiqamətlər, strateji hədəflər barədə məlumat verilib, tətbiqinə başlanan, icrası davam edən və planlaşdırılan layihələr, yeniliklərdən, onların biznesə faydalarından bəhs olunub. Sonda biznes nümayəndələrinin təklif və rəylərini dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 Fevral 2023 17:32 Paylaş :
Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib Əsas Faydalı Xəbərlər Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib Fevralın 15-də “Şüa” İdman Kompleksində gömrük əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Turnir “5 mart Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar dövlət qurumları arasında stolüstü tennis idman növü üzrə keçiriləcək yarışda iştirak edəcək qalibləri müəyyənləşdirmək məqsədilə təşkil edilib. Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə gömrük orqanlarında çalışan 50-dək əməkdaş iştirak edib. Yarışdan əvvəl iştirakçılar Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra oyundakı rəqiblər müəyyənləşib, onlar stolüstü tennisdə öz bacarıqlarını nümayiş etdiriblər. Turnirin yekun nəticələrinə görə, qadınların mübarizəsində Günel Xanlarova qalib gəlib. Rövşanə Əsgərova 2-ci, Yavər Məmmədova 3-cü, kişilərin mübarizəsində isə Şamil Emçiyev 1-ci, Vüqar Orucov 2-ci, Sunay Həmzəyev 3-cü yerləri tutublar, Nicat Teymurlu isə əzmkar idmançı adına layiq görülüb. Turnirin yekununda Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov qaliblərlə görüşərək təbriklərini çatdırıb, gələcək iş fəaliyyətləri, həmçinin qatılacaqları növbəti yarışlarda əzmkar olmağı tövsiyə edib, uğurlar arzulayıb. Sonda qaliblər diplomlarla təltif edilib. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən “5 mart Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar dövlət qurumları arasında keçiriləcək tennis turnirində Dövlət Gömrük Komitəsini də qalib gömrükçülərdən ibarət yığma komandamız təmsil edəcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 Fevral 2023 19:45 Paylaş :