Blog
You Are Here : Home Blog
Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib Əsas Komitə Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsinin rəhbər heyəti dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Ardınca Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə açılış nitqi ilə başlayan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Çıxış edən digər natiqlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar. Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirilib. 12 Dekabr 2022 14:33 Paylaş :
Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib Əsas Komitə Xəbərlər Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün onlayn sorğu keçirib. Xarici ticarət iştirakçılarına və gömrük təmsilçilərinə təqdim edilən sorğu gömrük xidmətlərindən məmnunluq, o cümlədən elektron xidmətdən istifadə, gömrük orqanlarında islahatlar, şəffaflıq, gömrük qanunvericiliyi və s. mövzuları əhatə edib, eyni zamanda gömrük orqanları tərəfindən göstərilən xidmətlərin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflərin verilməsi şəraitini yaradıb. 222 xarici ticarət iştirakçıları tərəfindən təqdim olunan cavablarda respondentlərin ümumi məmnunluq dərəcəsi 80% təşkil edib. Gömrük təmsilçiləri üçün keçirilən sorğuda isə alınan 313 cavabda gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 84% təşkil edib. Respondentlər ümumilikdə 295 təklif irəli sürüblər. Hər iki sorğunun nəticələri və verilən təkliflər dəyərləndirilib. Gələcəkdə bu kimi sorğuların mütəmadi keçirilməsi nəzərdə tutulub. Dövlət Gömrük Komitəsi belə sorğuların keçirilməsi zamanı xarici ticarət iştirakçılarının aktiv iştirakını xahiş edir. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Dekabr 2022 11:09 Paylaş :
“Məcburi Qərarlar”-Dövlət Gömrük Komitəsinin yeni layihəsi
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Məcburi Qərarlar”-Dövlət Gömrük Komitəsinin yeni layihəsi Əsas Komitə Xəbərlər “Məcburi Qərarlar”-Dövlət Gömrük Komitəsinin yeni layihəsi “Məcburi Qərarlar”-Dövlət Gömrük Komitəsinin yeni layihəsi Xarici ticarətlə məşğul olan sahibkarlar malların təsnifatının və mənşə ölkəsinin müəyyən edilməsi üçün artıq günlərlə ekspertiza nəticələrini gözləməklə əlavə vaxt itirməyəcək. Dövlət Gömrük Komitəsinin reallaşdırdığı yeni “Məcburi Qərarlar” layihəsinə əsasən, idxal və ya ixrac olunan mallara dair məlumatlar əvvəlcədən gömrük xidmətinə elektron qaydada göndərilməklə Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifatı, mənşə ölkəsi müəyyənləşdiriləcək və qəbul edilən qərarlar öncədən sahibkarlara təqdim olunacaq. Artıq biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin “Sahibkarlar üçün” bölməsinə daxil olmaqla “Məcburi Qərarlar” altbölməsindən müraciətlərini ünvanlaya bilərlər. Gömrük bəyannaməsinin 44-cü qrafasında əldə olunan məcburi qərar təsnifat ilə bağlıdırsa 5013, mənşə ölkəsi ilə bağlıdırsa 7001 kodu, qərarın nömrəsi və tarixi qeyd edilməlidir. Qeyd edək ki, öncədən əldə olunmuş məcburi qərarın mövcudluğu malların gömrük rəsmiləşdirilməsi zamanı təsnifat kodunun və ya mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün təkrar ekspertizası aparılması zərurətini aradan qaldırır. Yeni layihə vaxt və vəsait itkisinin qarşısının alınmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, sərhədkeçmə proseslərinin, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, resurslardan səmərəli istifadə edilməsinə xidmət edəcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Dekabr 2022 11:41 Paylaş :