Blog

Dövlət sərhədindən buraxılış məntəqələrində sanitariya nəzarəti gücləndirilib

26-08-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət sərhədindən buraxılış məntəqələrində sanitariya nəzarəti gücləndirilib Əsas Faydalı Xəbərlər Dövlət sərhədindən buraxılış məntəqələrində sanitariya nəzarəti gücləndirilib Dövlət sərhədindən buraxılış məntəqələrində sanitariya nəzarəti gücləndirilib İran İslam Respublikasında Krım-Konqo hemorragik qızdırmasına yoluxma hallarının təsdiqlənməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində sanitariya nəzarəti tədbirləri gücləndirilib. Həyata keçirilən əks-epidemik tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin baş müfəttişləri Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin epidemioloqları ilə birlikdə gömrük-sərhəd buraxılış məntəqələrində Krım-Konqo hemorragik qızdırmasının geniş yayıldığı ölkələrdən gələn şəxslər üzərində tibbi nəzarətin gücləndirilməsinə dair təlimlər keçiriblər. Təlim zamanı DGK Tibbi Xidmət İdarəsi tərəfindən hazırlanan "Xüsusi Təhlükəli İnfeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"da əks olunan Krım-Konqo hemorragik qızdırmasına aid materialların gömrük əməkdaşlarına çatdırılması, əks-epidemik tədbirlərin həyata keçirilməsi və digər qurumlarla qarşılıqlı məlumat mübadiləsi məsələsinə xüsusi diqqət yetirilib. Maarifləndirici tədbirlər gömrük-sərhəd buraxılış məntəqələrində davamlı olaraq həyata keçiriləcək. 26 Avqust 2023 17:20 Paylaş :