Blog

Mərkəzi Gömrük Hospitalı işğaldan azad olunmuş Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirib

26-08-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Mərkəzi Gömrük Hospitalı işğaldan azad olunmuş Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirib Əsas Faydalı Xəbərlər Mərkəzi Gömrük Hospitalı işğaldan azad olunmuş Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirib Mərkəzi Gömrük Hospitalı işğaldan azad olunmuş Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirib Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində tibbi-sosial xeyriyyə aksiyası keçirilib.   Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bildirib ki,  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrinin həyata keçirilməsi nəzərdə tutulub. Tibbi aksiyada Mərkəzi Gömrük Hospitalının kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20 nəfərdən çox yüksəkixtisaslı tibb heyəti Talış sakinlərini USM, EKQ, EXO da daxil olmaqla tibbi müayinələrdən keçiriblər. Tibbi aksiyada iştirak edən sakinlər dərman vasitələri ilə də təmin ediliblər. Həmçinin, aksiya çərçivəsində aktual mövzular olan ilan sancması və zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi kimi maarifləndirici təlimlər də keçirilib. Qeyd edək ki, müayinə olunan sakinlər arasında Talış kəndində 30 ildən sonra ilk dünyaya gələn körpə Zəhra Camalzadə də olub. 26 Avqust 2023 17:14 Paylaş :