Blog
You Are Here : Home Blog
Sumqayıt Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Sumqayıt Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Əsas Komitə Xəbərlər Sumqayıt Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Sumqayıt Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt Baş Gömrük İdarəsində tədbir keçirilib. Tədbir iştirakçıları görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə güllər düzüblər. Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün göstərdiyi tarixi xidmətlər qeyd edilib. Ümummilli liderin xalqın çağırışı ilə 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdışının müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna çıxmasına imkan yaratdığı diqqətə çatdırılıb. Ölkə həyatının bütün sahələrində olduğu kimi, gömrük xidmətinin də məhz dahi rəhbər Heydər Əliyevin diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrildiyindən bəhs edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Dekabr 2022 11:14 Paylaş :
“Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir Əsas Komitə Xəbərlər “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim öz işinə başlayıb. Tədbirdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekspertləri Oksana Nazarcuk, Ercan Saka və gömrükçülər iştirak edirlər. Təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqram”ı çərçivəsində həyata keçirilir. Açılışda çıxış edən DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən Güloğlan Muradlı kütləvi qırğın silahlarının yayılmasının bəşəriyyət üçün törətdiyi təhlükələrdən və BMT-nin Təhlükəsizlik Şurasının 1540 saylı Qətnaməsinin əhəmiyyətindən danışıb, tədbirin gömrük əməkdaşlarının biliklərinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. Daha sonra təlim strateji ticarətə aid olan məsələlər, tranzit əməliyyatları, ixraca nəzarəti, hüquqpozmalar, kütləvi qırğın silahları, risk indikatorları, tətbiq edilən sanksiyalar, bu sahədə aparılan araşdırmalar, BMT-nin Təhlükəsizlik Şurasının 1540 saylı Qətnaməsi və digər mövzulara dair təqdimatlarla davam edib. Təlim çərçivəsində ekspertlər - Oksana Nazarcuk və Ercan Saka qabaqcıl ölkələrin təcrübələrini bölüşəcək, mövzularla bağlı yeni materiallar paylayacaq, gömrükçülərə müxtəlif tapşırıqlar verəcəklər. Dekabrın 16-dək davam edəcək təlimin interaktiv keçirilməsi, mövzular ətrafında geniş fikir mübadiləsinin aparılması da nəzərdə tutulub. Xatırladaq ki, “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı” çərçivəsində bugünədək Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün müxtəlif təlimlər təşkil edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Dekabr 2022 15:26 Paylaş :
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib Əsas Komitə Xəbərlər Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib. Konqresin rəsmi açılış hissəsindən öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar Fəxri Xiyabanı ziyarət edib, Ümummilli Liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar. Hibrid formatda 500-ədək dinləyicinin iştirakı ilə keçirilən Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Konqresdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.ü.f.d. Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi dövründə ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib, hazırda bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Pediatriya və neonatologiya sahəsində mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə təşkil edilmiş Konqresin Azərbaycan və Türkiyədən olan həkimlər arasında davamlı əməkdaşlıq imkanları yaradacağına inandığını qeyd edən C.Məmmədov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb. Konqresin rəsmi açılış hissəsində, eyni zamanda Səhiyyə nazirinin müavini t.ü.f.d., dosent Nadir Zeynalov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, t.e.d. Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov, Türkiyənin Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Dr. Merih Çetinkaya da çıxış ediblər. Konqresin rəsmi açılış hissəsində çıxış edən spikerlər ana və uşaq sağlamlığının qorunması istiqamətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. Konqresin rəsmi açılış hissəsi Mərkəzi Gömrük Hospitalının Neonatologiya və pediatriya şöbəsinin fəaliyyətini əks etdirən video-çarxın nümayiş etdirilməsi ilə yekunlaşıb. Konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunub. Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunmuş məruzələrdə ən son tibbi məlumatlar əks olunub. 12 Dekabr 2022 11:31 Paylaş :