Blog
You Are Here : Home Blog
Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, tələbələri, YAP-ın Veteranlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru Adilə Abbasova, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri, Azərbaycan həkimi və yazıçısı Zərifə Quliyeva, YAP-ın Sabunçu rayon təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Zülfüqar Cəfərov və "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər. Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbirdə Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan, müasir Azərbaycanın yardıcısı, əbədi müstəqilliyimizin təminatçısı ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan bəhs edib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi ilə bağlı olduğunu vurğulayan Q.Novruzov işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Natiq bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını qeyd edib. Sonda Akademiya rəisi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdırıraraq, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb. Tədbirdə çıxış edən digər natiqlər ümummilli lider Heyər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq dahi şəxsiyyətlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra tədbir Akademiya tələbələrinin “Ulu Öndər Heydər Əliyevin ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda şərəfli rolu” mövzusunda çıxışları ilə davam edib. 12 Dekabr 2022 11:42 Paylaş :
Strateji Əməkdaşlıq Forumu keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Strateji Əməkdaşlıq Forumu keçirilib Əsas Komitə Xəbərlər Strateji Əməkdaşlıq Forumu keçirilib Strateji Əməkdaşlıq Forumu keçirilib Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) və Aİ Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyinin (EUROPOL) icra etdiyi “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsi çərçivəsində CEPOL tərəfindən Macarıstan Respublikasının Budapeşt şəhərində Strateji Əməkdaşlıq Forumu keçirilib. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən Güloğlan Muradlı, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Akademiyanın beynəlxalq əməkdaşlıq üzrə koordinatoru, TOPCOP layihəsi çərçivəsində potensialın artırılması üzrə əlaqələndirici şəxs Elvin Mecidov CEPOL Forumunda iştirak ediblər. Beş Şərq Tərəfdaşlığı ölkəsində həyata keçirilən, 2020-2024-cü illəri əhatə edən TOPCOP layihəsi çərçivəsində CEPOL təşkilatı hər il sonunda layihə fəaliyyətlərinin yekunlarına dair və növbəti fəaliyyətlərlə bağlı əsas qərarların qəbul edilməsi məqsədilə Forum təşkil edir. 2022-ci ilin dekabrında təşkil edilmiş Forumda Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hüquq-mühafizə orqanlarını təmsil edən 13 nümayəndə, o cümlədən CEPOL rəhbərliyi və heyəti, Avropa Komissiyasının və Aİ üzv ölkələrindən Belçika, Hollandiya, Avstriya hüquq-mühafizə orqanlarının, Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət Tədqiqat İnstitutunun nümayəndələri qatılıblar. Forumun məqsədi tərəfdaş ŞT ölkələrində mütəşəkkil cinayətkarlıq sahəsində yaranan yeni təhdidlər, təhlükəsizlik çağırışları və onların zəruri etdiyi təlimlər və potensialın artırılması üzrə tərəfdaşlıq, TOPCOP layihəsinin 2023-cü il üzrə yeni təlim planının təsdiq edilməsi, ”Kriminal Təhdidlərə qarşı Multidissiplinar Avropa Platforması” (“EMPACT”) çərçivəsində Aİ ilə ŞT ölkələri arasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizə əməkdaşlığının müzakirəsi olub. Mövzular üzrə təşkil edilmiş panel sessiyalarında nümayəndələr Forumun gündəliyində olan əsas məsələlərə dair nitq və təqdimatlarla çıxış ediblər. Forumun 1-ci günündə “Azərbaycan Respublikasına təhdidlər və yeni təhlükəsizlik çağırışları” mövzusunda çıxış edən DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən Güloğlan Muradlı 2016-2022-ci illərdə narkotik və iri vergi tutumlu siqaret qaçaqmalçılığına qarşı mübarizədə Azərbaycan gömrük orqanlarının nailiyyətləri, təcrübələri haqqında məlumat verərək ölkəmizin regional, Avropa və beynəlxalq təhlükəsizliyin təmin olunmasında xüsusi rola malik olduğunu vurğulayıb. G. Muradlı Azərbaycanda TRASEKA, Şimal-Cənub, Şimal-Şərq, həmçinin digər çoxsaylı və irimiqyaslı nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini bildirərək, Azərbaycanın geniş tranzit imkanlarından bəhs edib. Forumun 2-ci günündə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Akademiyanın yaranma tarixi, fəaliyyəti, beynəlxalq əməkdaşlıq və layihələri barəsində məlumat verərək CEPOL ilə TOPCOP layihəsi çərçivəsində Azərbaycanın bütövlükdə 111 gömrük xidməti əməkdaşının, onlar arasından 78 əməkdaşın CEPOL-un virtual təlim və vebinarlarında, 34 əməkdaşın isə regional və digər təlimlərdə iştirak edərək sertifikatlar qazandıqlarını vurğulayıb. Akademiya rəisi çıxışında layihə çərçivəsində yeni “təlimçilərin təlimi” metodologiyasının və “kaskad üsulu” ilə regional təlim biliklərinin ötürülməsi (təlimlərin kaskadlaşdırılması) konsepsiyasının, prioritet sahələrdə yeni təlim kurrikulumlarının mütərəqqi CEPOL və Aİ praktika və standartları əsasında hazırlanıb milli kontekstlərə və standartlara uyğunlaşdırılaraq tətbiq edilməsinin Azərbaycanda gömrük təlimləri sisteminin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Xatırladaq ki, Akademiya 2021-ci ilin may ayından etibarən TOPCOP layihəsinin tərəfdaş qurumudur. Layihə fəaliyyətləri Azərbaycanda gömrük sahəsində təlim potensial və imkanlarının gücləndirilməsi və milli gömrük xidməti orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir. 12 Dekabr 2022 12:20 Paylaş :
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Əsas Komitə Xəbərlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tədbir keçirilib. Tədbirdə bildirilib ki, Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu siyasətin məntiqi olaraq müstəqilliyimiz dönməz xarakter alıb, Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Azərbaycanın yüksələn xətlə inkişafı ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlı olub. Ölkəmizdə qısa zamanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb. Respublikamızın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan dahi rəhbərin müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyi, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardığı bildirilib. Bu gün bütün sahələrdə Heydər Əliyev siyasətinin öz bəhrəsini verdiyi, xalqımızın dahi rəhbərin nurlu xatirəsini unutmadığını, onun dövlətçilik irsinə və ideyalarına hər zaman hörmət və sədaqət nümayiş etdirdiyi vurğulanıb. Sonda ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Dekabr 2022 13:38 Paylaş :