Blog
You Are Here : Home Blog
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mayın 25-də saat 10:00-da Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi pr. 535) Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub/ ) qəbula yazıla bilərlər. 22 May 2023 14:12 Paylaş :
DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub Əsas Faydalı Xəbərlər DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində görülən işlər, mövcud vəziyyətlə tanış olub, Azərbaycan-Türkiyə sərhədində yerləşən Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində idxal və ixrac nəzarət xətlərində prosedurların icrasını, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini izləyib. Həmçinin əməliyyatların daha da asanlaşdırılması, beynəlxalq tranzitin sürətləndirilməsi, gömrük işinin səmərəliliyinin artırılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında inşa edilən yük nəqliyyat vasitələrinin müvəqqəti dayanacaq məntəqəsindəki tikinti işlərinin gedişi ilə də tanış olan Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 22 May 2023 14:19 Paylaş :
Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir Əsas Faydalı Xəbərlər Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir Mayın 23-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə həyata keçirdiyi “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası başlayıb. İclasın məqsədi “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsi çərçivəsində cari fəaliyyətin nəzərdən keçirilməsi, praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə prioritetlərin və ehtiyacların müzakirə edilməsidir. Tədbirdən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. İclasda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğız, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan gömrük xidmətlərinin, BMT, ÜGT və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, aidiyyəti beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. İclasın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsinin beynəlxalq ticarətin və tranzitin, region ölkələrinin inkişafı, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, gömrük sahəsində hüquqpozmalara, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına qarşı mübarizədə mühüm imkanlar yaratdığını diqqətə çatdırıb. Həmçinin Azərbaycan gömrük xidməti tərəfindən “Qlobal Konteynerlərə Nəzarət Proqram”ı çərçivəsində regional əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi, kinoloji sahədə digər dövlətlərə göstərilən dəstək, nakotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində atılan addımlar barədə də məlumat verilib. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib. Bildirilib ki, proqram çərçivəsində qurulan əməkdaşlıq gömrük hüquqpozmalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, ticarətin asanlaşdırılması baxımından da əlavə imkanlar yaradır. Aşita Mittal Dövlət Gömrük Komitəsinin təşəbbüsü əsasında Orta Dəhliz ölkələrinin gömrük xidmətlərinin iştirakı ilə formalaşdırılan Tranzit Portalı layihəsinin əhəmiyyətini vurğulayıb, Azərbaycan gömrüyünün narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə etdiyi nəticələri yüksək qiymətləndirib. Tədbirdə çıxış edənlər əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi, ehtiyacların müəyyənləşdirilməsi baxımından iclasın əhəmiyyətindən bəhs ediblər. İki gün davam edəcək iclasda “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının reallaşdırılması istiqamətində ölkələrin səyləri, Gömrük Xidmətlərinin və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin yaradılması haqqında Anlaşma Memorandumunun icrası, gömrük orqanları ilə özəl sektor arasındakı əməkdaşlığın inkişafına dair milli strategiyalar, ehtiyacların və prioritelərin müəyyənləşdirilməsinə dair məsələlərlə bağlı iştirakçı ölkələrin mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş etdiriləcək, müzakirələrə aparılacaq. Mayın 25-də isə “Qlobal Konteynerlərə Nəzarət Proqram”ı çərçivəsində iclasda təmsil olunan nümayəndələr üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda bir günlük seminar keçiriləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 May 2023 15:32 Paylaş :