Blog

Ümumdünya Gömrük Təşkilatının Baş katibinə “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub

16-03-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Ümumdünya Gömrük Təşkilatının Baş katibinə “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub Əsas Faydalı Xəbərlər Ümumdünya Gömrük Təşkilatının Baş katibinə “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub Ümumdünya Gömrük Təşkilatının Baş katibinə “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Azərbaycan Dövlət İqtisad Universitetində olub. UNEC-in rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, universitetin fəaliyyət istiqamətləri, ixtisaslar, təhsil formaları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Ümumdünya Gömrük Təşkilatının Baş katibinin universitetə səfərinin və tələbələrlə görüşünün əhəmiyyətini diqqətə çatdırıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, UNEC-də aparılan islahatları yüksək qiymətləndirib. UNEC ilə Dövlət Gömrük Komitəsinin Akademiyası arasındakı əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, tələbələrə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi və tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.   Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya beynəlxalq gömrük sistemi və beynəlxalq ticarətlə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Sonra tələbələrin inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün tarifsiz sərhədin tətbiqi, sadələşdirilmiş tranzit qaydaları və s. barədə suallarını cavablandırıb. Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunması mərasimi keçirilib.   DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 16 Mart 2023 18:46 Paylaş :