Tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib Əsas Faydalı Xəbərlər Tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib Tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib Martın 15-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib. Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və təmsilçiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Orta Dəhlizin cəlbediciliyinin artırılmasının əhəmiyyətindən danışaraq tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində region ölkələrinin səylərini yüksək qiymətləndirib və yaxın dövr ərzində tranzit əməliyyatlarının daha da sadələşdirilməsi və rəqəmsal əsaslarda həyata keçirilməsi üçün mühüm imkanlar yaranacağını vurğulayıb. Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya layihənin regional inkişafın və rifahın yüksəldilməsi, əməkdaşlığın gücləndirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Orta Dəhliz ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət başçıları tərəfindən yaradılmış çoxtərəfli platformalar çərçivəsində görülən tədbirlərin artıq bəhrəsini verməyə başladığını söyləyib. Region ölkələrinin gömrük xidmətləri tərəfindən tranzit prosedurunun sadələşdirilməsi istiqamətində atılan addımların da ümumi işə töhfə verəcəyini diqqətə çatdırıb. TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov tranzit gömrük prosedurlarının asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin beynəlxalq ticarətin sürətləndirilməsi, sərhədkeçmə proseslərinin asanlaşdırılması ilə yanaşı sərmayələrin cəlb olunması, region ölkələrinin iqtisadi imkanlarının genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıblar. Görüşdə Birləşmiş Millətlər Təşkilatının Avropa üçün İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerovanın videomüraciəti də iştirakçıların diqqətinə çatdırılıb. Sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “Beynəlxalq ticarətdə gömrük tranzitinin rolu”, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov isə “Orta Dəhlizin inkişafı: Türk Dövlətləri Təşkilatının baxışı” mövzularında çıxış ediblər. Görüşdə Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib və bidirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bundan başqa tranzit prosedurunun sadələşdirilməsi üçün tətbiq edilən beynəlxalq mexanizmlər barədə təqdimatlar da nümayiş etdirilib. Sonda iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri tərəfindən “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edilib və iclasın yekun Protokolu imzalanıb. Qeyd edək ki, tərəflər müzakirə olunan məsələlərin qısa vaxt ərzində reallaşdırılmasını hədəf kimi müəyyən edib ki, bu da orta dəhlizin cəlbediciliyinin artırılmasına, Şərq-Qərb marşrutu üzrə yüklərin daha qısa vaxt və vəsait hesabına daşınmasına, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsinə mühüm imkanlar yaradacaq. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 Mart 2023 17:04 Paylaş :