Blog
You Are Here : Home Blog
“Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib Əsas Faydalı Xəbərlər “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib Mayın 25-də Bakı şəhərində 10 ölkənin gömrük orqanı nümayəndələrinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib. Tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan “Qlobal Konteynerlərə Nəzarət Proqramı” çərçivəsində Dövlət Gömrük Komitəsinin dəstəyi ilə təşkil edilib. Seminarda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğız, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan gömrük xidmətləri, BMT və ÜGT-nin nümayəndələri iştirak ediblər. Tədbirin açılışında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə Azərbaycanda görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin fəaliyyət proqramında nəzərdə tutulan əsas prinsiplərdən biri də şəffaflığın təmin olunmasıdır və ölkəmizin gömrük orqanları vətəndaş-məmur təmasının minimuma endirilməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlılığının təmin olunması istiqamətində bütün zəruri addımları atırlar. Seminarda çıxış edən BMT və ÜGT təmsilçiləri tədbirin korrupsiyaya qarşı mübarizə istiqamətində müasir və qabaqcıl təcrübələrin paylaşılması, potensialın və məlumat mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Tədbir çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, ÜGT və “Qlobal Konteynerlərə Nəzarət Proqramı”nın mütəxəssisləri tərəfindən hüquq-mühafizə və digər dövlət orqanları sistemində tətbiq edilən strateji mexanizmlər, ÜGT-nin strateji sənədləri və onların həyata keçirilməsi, qabaqcıl təcrübələr barədə təqdimatlar nümayiş etdirilib, qrup tapşırıqları icra olunub və müzakirələr aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 25 May 2023 17:02 Paylaş :
Sahibkarlarla görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Sahibkarlarla görüş keçirilib Əsas Faydalı Xəbərlər Sahibkarlarla görüş keçirilib Sahibkarlarla görüş keçirilib Mayın 25-də Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər. Palatanın üzvü olan 30 şirkətin 50-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Komitənin son dövrlərdə reallaşdırdığı layihələr, həmçinin gömrük dəyəri ilə bağlı yeniliklər müzakirə edilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən gömrük dəyəri ilə bağlı təqdimat nümayiş etdirilib, bu istiqamətdə həyata keçirilən yeniliklər, qabaqcıl beynəlxalq təcrübələr barədə sahibkarlıq subyektlərinə məlumat verilib. Həmçinin “Elektron hesab səhifəsi” xidməti, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb, AmCham-ın üzvlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 25 May 2023 16:48 Paylaş :
Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi təyinatlı ali təhsil müəssisələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyev və hüquq mühafizə orqanları” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Gömrük Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin və Heydər Əliyev adına Hərbi İnstitutun əməkdaşları və tələbələri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyev irsinin təbliği məqsədilə keçirilən elmi tədbirin əhəmiyyətindən bəhs edib, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Daha sonra çıxış edənlər Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə hüquq-mühafizə orqanlarının formalaşmasındakı rolundan bəhs ediblər. Tədbirdə Akademiyanın fəaliyyət istiqamətləri barəsində təqdimat nümayiş olunub. Konfrans iştirakçıları “Ümummilli Lider Heydər Əliyevin müasir gömrük xidmətinin formalaşmasında müstəsna rolu”, “Heydər Əliyev və hüquq islahatları”, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti”, “ Heydər Əliyev - tarixi zəfərə gedən yol” və s. mövzularda məruzə və təqdimatlarla çıxış ediblər. Sonda Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan videoçarx nümayiş olunub. 26 May 2023 18:52 Paylaş :