Blog
You Are Here : Home Blog
ÜTT-də Azərbaycan üzrə işçi qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr ÜTT-də Azərbaycan üzrə işçi qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər ÜTT-də Azərbaycan üzrə işçi qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib ÜTT-də Azərbaycan üzrə işçi qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib Aprelin 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Azərbaycan üzrə işçi qrupun sədri, Türkiyənin ÜTT yanındakı daimi nümayəndəsi Alpaslan Acarsoyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə son dövrlərdə gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə məlumat verilib, prosedurların optimallaşdırılması, şəffaflıq, rəqəmsallaşma, maliyyə dayanıqlılığı, etibarlı hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi, gömrük dəyərinin formalaşdırılması, risk platformasının tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub, təqdimat nümayiş etdirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 27 Aprel 2023 15:07 Paylaş :
Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir Əsas Faydalı Xəbərlər Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir Moldova Respublikası Maliyyə Nazirliyinin Gömrük Xidmətinin direktoru İqor Talmazanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Aprelin 27-də nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Sonra Moldova Respublikası Maliyyə Nazirliyinin Gömrük Xidmətinin direktoru İqor Talmazanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə görüşüb. Görüşdə iki ölkənin gömrük orqanları arasında ilkin məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə saziş layihəsinin hazırlanması, güzgülü statistikanın aparılması, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) barədə Moldova gömrüyünün təcrübəsinin öyrənilməsi, mənşə sertifikatlarının elektron qaydada təqdim edilməsi imkanları, eləcə də operativ istintaq fəaliyyəti və hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nümunəvi təcrübənin Moldova gömrüyü tərəfindən öyrənilməsi və tətbiqinə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqinə dair təqdimat nümayiş etdirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 27 Aprel 2023 15:38 Paylaş :
Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti ilə görüş keçirilib Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti ilə görüş keçirilib Aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Şura sədri, Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti Şeyx Əhməd bin Həməd Əl Xəlifənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyəti görüşdən əvvəl Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Daha sonra Dövlət Gömrük Komitəsində görüş keçirilib. Görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlər və əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub. Ötən il Dövlət Gömrük Komitəsi ilə Bəhreyn Krallığının Gömrük Xidməti arasında imzalanan “Gömrük Əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nda nəzərdə tutulan məsələlərin reallaşdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda gömrük nəzarəti, sərnişinlərin və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərində süni intellektin tətbiqi, hava yolu ilə daşınan tanzit yüklərə nəzarət prosesinin təkmilləşdirilməsi istiqamətində təcrübə və məlumat mübadiləsinin təşkili və inkişaf etdirilməsi, eləcə də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair məsələlər müzakirə olunub. Həmçinin ÜGT çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, təşkilatın Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 28 Aprel 2023 16:50 Paylaş :