Blog
You Are Here : Home Blog
Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib Aprelin 26-da Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilib. Həmçinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciətlərin göndərilməsi zamanı iş prosesində səmərəliliyinin artırılması və gecikmə hallarının qarşısının alınması ilə bağlı geniş müzakirələr aparılıb, bu istiqamətdə görülən tədbirlərdən ətraflı bəhs edilib. Tədbirin sonunda xarici ticarət iştirakçılarının fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 26 Aprel 2023 17:08 Paylaş :
Gömrük orqanları tərəfindən aşkar edilən 1 tona yaxın narkotik vasitə yandırılaraq məhv edildi
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük orqanları tərəfindən aşkar edilən 1 tona yaxın narkotik vasitə yandırılaraq məhv edildi Əsas Faydalı Xəbərlər Gömrük orqanları tərəfindən aşkar edilən 1 tona yaxın narkotik vasitə yandırılaraq məhv edildi Gömrük orqanları tərəfindən aşkar edilən 1 tona yaxın narkotik vasitə yandırılaraq məhv edildi Aprelin 26-da 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593, 396 qr və 80944 ədəd həb müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib. Proses Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilib. Məhv edilən narkotik vasitələrin qara bazardakı qiyməti 233 milyon AZN təşkil edir. Müvafiq məhkəmə hökmlərinə əsasən məhv edilən narkotik vasitələr üzrə 40 fakt gömrük orqanları tərəfindən aşkar olunub. Ümumilikdə gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroin, 416 qr kokain, 10 kq 35 qr qurudulmuş marixuana, 7 kq 939 qr həşiş qətranı, 4 kq 920 qr tiryək, 796 həb metadon, 7 qr çətənə narkotik vasitələr, 298 qr Metamfetamin, 575,388 qr MDMB 4en PİNACA, 3015 həb MDMA, 1607 həb Diazepam, 891 həb Clonazepam, 195 həb Alprozolam, 2 həb Oxazepam, 926 həb Phenobarbital 100 psixotrop maddələr, 1522 kapsul Preqabalin, 300 həb Tramadol, 299 həb Ergotamin, 189 həb Gabapentin güclü təsiredici maddələr yandırılaraq məhv edilib. Dövlət Gömrük Komitəsi tərəfindən məhvetməyə təqdim edilən narkotik vasitələr və psixotrop maddələrin Avropa qara bazarlarında orta pərakəndə satış qiyməti 41.314 000 (qırx bir milyon üç yüz on dörd min) Avrodan çoxdur. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroinin təxminən 99%-i cənub sərhədlərindən ölkə ərazisinə daxil olan, Azərbaycandan tranzit keçirilməklə müxtəlif Avropa ölkələrinə nəql edilməsi nəzərdə tutulan narkotik vasitədir. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 26 Aprel 2023 17:57 Paylaş :
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Əsas Faydalı Xəbərlər Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Aprelin 26-da Mərkəzi Gömrük Hospitalında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdən öncə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov 2023-cü ilin müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdar olduğunu qeyd edib. Tədbirdə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətindən danışılıb, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğu vurğulanıb. Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 26 Aprel 2023 18:41 Paylaş :