Blog
You Are Here : Home Blog
“Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim keçirilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim keçirilir Əsas Faydalı Xəbərlər “Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim keçirilir “Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim keçirilir Mayın 2-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim başlayıb. Təlimdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndələri və Komitənin aidiyyatı strukturlarının 40-dan çox əməkdaşı iştirak edir. Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının təşkilatçılığı ilə keçirilən təlimin məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəni gücləndirmək, təcrübə mübadiləsi aparmaq, uğurlu metodları müzakirə etmək, gömrük əməkdaşlarının bu istiqamətdə potensialının, bilik və bacarıqlarını artırmaqdır. Tədbirin açılışında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək Azərbaycan gömrük xidmətinin hüquqi bazasından, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarından, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən uğurlu nəticələrdən danışıb. Çıxış edənlər tədbirin əhəmiyyətindən söhbət açaraq, iştirakçılara uğurlar diləyiblər. Mayın 4-dək davam edəcək təlimdə beynəlxalq ekspertlər modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınmasına dair biliklərini paşlaşmaqla yanaşı, gömrük işi ilə bağlı təcrübələrini də müxtəlif təqdimatlarla nümayiş etdirəcəklər. Təlimdə, həmçinin yerli təcrübələr və əməliyyatlarla bağlı çıxışlar da nəzərdə tutulur. Yekunda gömrükçüləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq, iştirakçılara sertifikatlar təqdim ediləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 2 May 2023 17:18 Paylaş :
“Qabaqcıl informasiya və kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi”
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Qabaqcıl informasiya və kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi” Əsas Faydalı Xəbərlər “Qabaqcıl informasiya və kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi” “Qabaqcıl informasiya və kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi” Mayın 2-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Qabaqcıl informasiya və kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi” mövzusunda vebinar keçirilib. Vebinara ÜGT-nin Avropa Regionunda təmsil olunan 22 ölkənin gömrük administrasiyalarının 137 nümayəndəsi qatılıb. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov, ÜGT-nin Potensialın Gücləndirilməsi direktoratlığının rəhbəri Taeil Kang, ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktor vəzifəsini müvəqqəti icra edən Mirhəsən Seyidzadə çıxış edərək sərhəd təhlükəsizliyinin əhəmiyyətindən danışıb, onun milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri olduğunu diqqətə çatdırıblar. Texnologiyaların sürətli inkişafı, dünyada baş verən qloballaşma proseslərinin fonunda sərhəd təhlükəsizliyinin təmin edilməsinin mürəkkəbləşdiyi vurğulanıb, qabaqcıl texnologiyaların və kibertəhlükəsizlik tədbirlərinin tətbiqinin genişləndirilməsinin vacibliyinə diqqət çəkilib. Tədbirdə Azərbaycan gömrüyünün sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb, həmçinin məlumat mübadiləsinin, qabaqcıl təcrübələrin öyrənilməsinin vacibliyindən bəhs edilib. Daha sonra mövzu ilə bağlı Ümumdünya Gömrük Təşkilatının, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzinin (CARICC), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC), Cənub-Şərqi Avropa Hüquq Mühafizə Mərkəzinin (SELEC) və “Karmasis” şirkətinin Azərbaycanda yerləşən ofisinin mütəxəssisləri təqdimatlarla çıxış edib, təmsil etdikləri təşkilatların kibertəhlükəsizlik və qabaqcıl informasiya istiqamətində əldə etdikləri nailiyyətlər, qabaqcıl təcrübələr haqqında məlumat veriblər. 2 May 2023 17:46 Paylaş :
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub Əsas Faydalı Xəbərlər Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub Mayın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının (DEA) Orta Şərq üzrə regional bölməsi rəisinin köməkçisi Kristofer Dziedziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə müasir texniki nəzarət vasitələri ilə təminat, qabaqcıl texnologiyaların öyrənilərək paylaşılması, poçt göndərişləri ilə narkotik vasitələrin daşınmasına qarşı mübarizədə təcrübələrin bölüşülməsi məqsədilə təlimlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daim qətiyyətli mübarizə apardığı diqqətə çatdırılıb, bu istiqamətdə reallaşdırılan tədbirlər çərçivəsində son bir ayda ölkəmizdən tranzit qaydada keçməklə Avropaya daşınmasına cəhd göstərilən, ümumilikdə 600 kiloqrama yaxın heroinin aşkar edildiyi bildirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 3 May 2023 13:18 Paylaş :