Blog

Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

04-05-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib Əsas Faydalı Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib. Gömrük əməkdaşları əvvəlcə Dahi Liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Qonaqlara Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası barədə geniş məlumat verilib. Naxçıvan Baş Gömrük İdarəsinin akt zalında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında və gömrük xidmətinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb. 4 May 2023 22:33 Paylaş :