Blog
You Are Here : Home Blog
Narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdləri baş tutmadı
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdləri baş tutmadı Əsas Faydalı Xəbərlər Narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdləri baş tutmadı Narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdləri baş tutmadı Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb. “Culfa” gömrük postunda İran İslam Respublikasından ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin kabinəsində, təmiz çəkisi 22,590 qram olan narkotik vasitə-marixuana aşkar edilib. “Şahtaxtı” gömrük postunda isə İran İslam Respublikasından ölkə ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən “DAF” markalı yük avtomobilinin sürücüsünün üzərində şəxsi yoxlama zamanı, təmiz çəkisi 14,053 qram olan narkotik vasitə-tiryək aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Mart 2023 12:21 Paylaş :
Dövlət Gömrük Komitəsinin sədri Neftçala şəhərində vətəndaşları qəbul edib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri Neftçala şəhərində vətəndaşları qəbul edib Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri Neftçala şəhərində vətəndaşları qəbul edib Dövlət Gömrük Komitəsinin sədri Neftçala şəhərində vətəndaşları qəbul edib Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Martın 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edib. DGK sədri qəbuldan öncə Neftçala şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Neftçala və Salyan rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Sonra Dövlət Gömrük Komitəsinin nümayəndələri ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına da qatılıblar. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 10 Mart 2023 15:07 Paylaş :
“Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib Əsas Faydalı Xəbərlər “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib Martın 11-də Dövlət Gömrük Komitəsində fəaliyyətlərini başa vuran 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib. Bu məqsədlə “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin, könüllülük hərəkatının formalaşması və inkişafına göstərilən dəstəyin gənc nəslin layiqli vətəndaş, hərtərəfli biliklərə malik olan mütəxəssis kimi yetişməsindəki rolundan danışıb. Könüllü gömrükçülərin Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində, eləcə də onların iqtisadi həyatda, sosial və ekoloji istiqamətlərdə fəaliyyətlərinin əhəmiyyəti vurğulanıb. Könüllü gömrükçülər çıxış edərək gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının formalaşdırılmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Sonda 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 11 Mart 2023 13:46 Paylaş :