Blog
You Are Here : Home Blog
“Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib Əsas Faydalı Xəbərlər “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib Martın 11-də Dövlət Gömrük Komitəsində fəaliyyətlərini başa vuran 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib. Bu məqsədlə “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin, könüllülük hərəkatının formalaşması və inkişafına göstərilən dəstəyin gənc nəslin layiqli vətəndaş, hərtərəfli biliklərə malik olan mütəxəssis kimi yetişməsindəki rolundan danışıb. Könüllü gömrükçülərin Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində, eləcə də onların iqtisadi həyatda, sosial və ekoloji istiqamətlərdə fəaliyyətlərinin əhəmiyyəti vurğulanıb. Könüllü gömrükçülər çıxış edərək gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının formalaşdırılmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Sonda 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 11 Mart 2023 13:46 Paylaş :
Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Tacikistan Respublikası Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda və Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov ilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov arasında martın 13-də görüş keçirilib. Görüşlərdə ölkələrimiz arasındakı mövcud əlaqələrdən, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və şaxələndirilməsindən söz açılıb. Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu tranzit prosedurlarının sadələşdirilməsinin əhəmiyyəti və vacibliyi vurğulanıb, həmçinin Transxəzər Rəqəmsal Tranzit Portalının yaradılması istiqamətində görülən işlərdən, portalın mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi, vaxta və vəsaitə qənaət edilməsi baxımından əhəmiyyətindən danışılıb. O da qeyd olunub ki, rəqəmsal həllər əsasında gömrük prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin cəlbediciliyinin artırılmasına şərait yaradacaq ki, bu da region ölkələrinin ixrac potensialının yüksəldilməsinə, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə təkan verəcək. Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 13 Mart 2023 16:20 Paylaş :
Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb Martın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. Görüşdə gömrük işinin müxtəlif sahələri üzrə ÜGT tərəfindən verilən rəy və təkliflərin qabaqcıl texnologiyaların, rəqəmsallaşmanın, elektron həllərə əsaslanan tranzit prosedurlarının inkişafında mühüm rol oynadığı vurğulanıb. Həmçinin Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsindən bəhs olunub. Bildirilib ki, məqsəd rəqəmsal həllərin genişləndirilməsi hesabına tranzit gömrük prosedurunu sadələşdirməklə mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini sürətləndirmək, regional əməkdaşlığı gücləndirməkdir. Bu da öz növbəsində Orta Dəhlizin cəlbediciliyinin artırılmasına, beynəlxalq ticarətin sürətləndirilməsinə, region ölkələrinin iqtisadi imkanlarının genişləndirilməsinə şərait yaradacaq. ÜGT Baş katibi Kunio Mikuriya Azərbaycan gömrüyünün ÜGT-nin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə təşəkkürünü bildirib və Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsini yüksək qiymətləndirib. O da qeyd olunub ki, dənizə çıxışı olmayan ölkələr üçün tranzit həlləri mühüm əhəmiyyət daşıyır və ÜGT layihənin uğurla reallaşdırılmasında lazımi dəstəyi göstərməyə hazırdır. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Mart 2023 16:29 Paylaş :