Blog
You Are Here : Home Blog
Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub Əsas Faydalı Xəbərlər Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub Martın 14-də Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri ekspertlərinin görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Gürcüstan, Tacikistan gömrük xidmtlərinin ekspertləri, aidiyyəti beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsinin əhəmiyyətindən, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasındakı rolundan danışıb. Bildirilib ki, dəhlizin cəlbediciliyinin artırılmasına töhfə vermək məqsədilə region ölkələrinin gömrük xidmətləri gömrük əməliyyatlarının rəqəmsal həllər əsasında sadələşdirilməsi, sərhədkeçmənin sürətləndirilməsi istqamətində mühüm addımlar atır və görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssisləri “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit məlumatlarının etibarlı və təhlükəsiz elektron mübadiləsinin təmin olunması məqsədilə yaradılacaq Vahid Tranzit Portalı barədə məlumatları diqqətə çatdırıblar. Bildirilib ki, portal gömrük əməliyyatlarının rəqəmsal həllər əsasında daha asan və çevik şəkildə reallaşdırılmasına şərait yaradacaq. Həmçinin Orta Dəhlizi boyu sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planının əsas məqsəd və vəzifələrinə dair təqdimat da nümayiş olunub. Görüşdə hər iki məsələ ətrafında geniş müzakirələr aparılıb, eyni zamanda gömrük xidmətləri rəhbərlərinin iclasının Protokol layihəsi hazırlanaraq razılaşdırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Mart 2023 16:56 Paylaş :
Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Komitəsinin sədri Samat İsabekovla Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov arasında martın 14-də görüş keçirilib. Görüşdə iki ölkə arasındakı mehriban dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, həmçinin gömrük sahəsində əməkdaşlığın daha da gücləndirlməsinin vacibliyi vurğulanıb. Həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə layihənin Orta Dəhlizin cəlbediciliyinin artırılması, əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tranzitin və ticarətin asanlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Mart 2023 17:38 Paylaş :
Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Əsas Faydalı Xəbərlər Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov arasında martın 14-də görüş keçirilib. Görüşdə Azərbaycanla Gürcüstan arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinin gömrük sahəsində də səmərəli əməkdaşlığın, işgüzar əlaqələrin formalaşmasına zəmin yaratdığı vurğulanıb. Bütün sahələrdə, həmçinin gömrük işinin təşkili ilə bağlı birgə regional layihələrin həyata keçirildiyi, Orta Dəhliz üzrə tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində atılacaq addımların əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinə təkan verəcəyi bildirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Mart 2023 19:37 Paylaş :