Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib Gömrük Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi təyinatlı ali təhsil müəssisələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyev və hüquq mühafizə orqanları” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Gömrük Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin və Heydər Əliyev adına Hərbi İnstitutun əməkdaşları və tələbələri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyev irsinin təbliği məqsədilə keçirilən elmi tədbirin əhəmiyyətindən bəhs edib, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Daha sonra çıxış edənlər Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə hüquq-mühafizə orqanlarının formalaşmasındakı rolundan bəhs ediblər. Tədbirdə Akademiyanın fəaliyyət istiqamətləri barəsində təqdimat nümayiş olunub. Konfrans iştirakçıları “Ümummilli Lider Heydər Əliyevin müasir gömrük xidmətinin formalaşmasında müstəsna rolu”, “Heydər Əliyev və hüquq islahatları”, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti”, “ Heydər Əliyev - tarixi zəfərə gedən yol” və s. mövzularda məruzə və təqdimatlarla çıxış ediblər. Sonda Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan videoçarx nümayiş olunub. 26 May 2023 18:52 Paylaş :