Blog
You Are Here : Home Blog
Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçıları ilə görüş
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçıları ilə görüş Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçıları ilə görüş Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçıları ilə görüş Fevralın 6-da Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Görüş gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, xüsusilə “Şəxsi hesab vərəqəsi” elektron xidmətinin faydaları və tətbiqi ilə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, oların fikir və rəylərinin öyrənilməsi məqsədilə keçirilib. 50-yə qədər şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən “Şəxsi hesab vərəqəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə əyani olaraq izah olunub, xidmətin üstünlüklərini əks etdirən təqdimat nümayiş etdirilib, sahibkarlıq subyeklərinin sualları ətraflı cavablandırılıb. 6 Fevral 2023 18:14 Paylaş :
Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib Əsas Komitə Xəbərlər Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. Rusiya Federasiyası istiqamətindən idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi və hazır qida məhsullarını daşıyan avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindəki soyuducuda gizlədilmiş müxtəlif adda 3050 qutu siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 7 Fevral 2023 14:45 Paylaş :
“Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir Əsas Komitə Xəbərlər “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir Fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük İdarəsinin təşkilatçılığı ilə “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir. Ümumdünya Gömrük Təşkilatı (ÜGT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) kimi bir sıra mötəbər təşkilatların təmsil olunduğu, müxtəlif ölkələrin vergi və gömrük orqanları əməkdaşlarının qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. “İqtisadi dayanıqlılığı təşviq etmək və təhlükəsizliyi qorumaq üçün inteqrasiya edilmiş rəqəmsal ekosistem” mövzusuna həsr edilən, 5000 nümayəndənin iştirak etdiyi iki günlük konfransda rəqəmsal həllərdən istifadə etməklə kölgə iqtisadiyyatına qarşı mübarizə, investisiya üçün əlverişli logistika mühiti, təhlükəsiz və səmərəli nəqliyyat sistemi vasitəsilə inkişaf, təhlükəsizlik və ticarətin asanlaşdırılmasında gömrüyün rolu və digər məsələlər üzrə panel müzakirələr aparılacaq, beynəlxalq ekspertlər tərəfindən təqdimatlar nümayiş etdiriləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 8 Fevral 2023 13:17 Paylaş :