Blog
You Are Here : Home Blog
Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb Əsas Komitə Xəbərlər Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Belə ki, daxil olmuş məlumat əsasında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə - metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb. “Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 konvalyutda 500 ədəd “Methadone 40” adlı həblər aşkar edilib. Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 31 Yanvar 2023 13:10 Paylaş :
Xeyli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Xeyli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb Əsas Komitə Xəbərlər Xeyli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb Xeyli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb. Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilin yük yerindəki böyük karton qutuların içərisindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız 30.000 ədəd “Marlboro Gold Edge” adlı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 Fevral 2023 16:55 Paylaş :
Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp 2023” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə layihənin önəmindən söz açılıb, rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə ölkəmizdə və dünyada kibertəhlükəsizlik məsələlərinin əhəmiyyətinin artdığı vurğulanıb. Eyni zamanda “Technest” təqaüd proqramı barəsində ətraflı məlumat verilib və qeyd olunub ki, proqramın əsas məqsədi İKT üzrə ölkədə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Layihədə Dövlət Gömrük Komitəsinin Akademiyasının 20 nəfər tələbəsi iştirak edəcək. Qeyd edək ki, 1-14 fevral 2023-cü il tarixlərini əhatə edən kamp çərçivəsində iştirakçılar intensiv tədrisdə iştirak edərək nəzəri, praktiki bilik və bacarıqlar qazanacaq, təlimin yekununda qruplar şəklində layihə hazırlayıb təqdim edəcəklər. 2 Fevral 2023 15:14 Paylaş :