Blog

ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir

23-06-2023

Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir Əsas Faydalı Xəbərlər ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir İyunun 22-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası işə başlayıb. Sessiyanın ilk iş günündə Ümumdünya Gömrük Təşkilatı Strateji Planının icrasına dair ÜGT-nin Baş katibi Kunio Mikuriyanın məruzəsi dinlənilib. Sonra potensialın gücləndirilməsi, tarif və ticarət, mənşə qaydaları, dəyərləndirmə,malların  nomenklaturası və təsnif edilmə məsələri üzrə hesabatlar dinlənilib və  müzakirələr aparılıb. Azərbaycan gömrük xidməti müzakirələrdə iştirak edərək ÜGT Baş katibinin məruzəsi, eləcə də potensialın gücləndirilməsi, tarif və ticarət məsələləri ilə bağlı münasibətini bildirib və təkliflər irəli sürüb, eləcə də, ümumi koordinasiya baxımından ÜGT-nin potensialın gücləndirilməsi üzrə regional ofislərin fəaliyyətininin inkişaf perspektivliyinin vacibliyini vurğulayıb. Sessiyada ÜGT-nin Baş katibi vəzifəsinə namizədlər - Philippe Kokou Tchodie (Toqo) və İan Saunders (ABŞ) təqdimatlarla çıxış ediblər. Daha sonra Azərbaycan nümayəndə heyəti Belçika Krallığının Maliyyə Nazirliyi yanında Baş Gömrük və Aksiz İdarəsinin sədri Kristian Vandervaerenin rəhbərliyi etdiyi  nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkənin gömrük orqanları arasında əlaqələrin inkişafından, birgə əməkdaşlığın perspektivlərindən bəhs edilib, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdə imkanların artırılması, eləcə də gömrük dəyərinin müəyyən edilməsi, həmçinin elektron ticarətdə dəyərin müəyyən edilməsi sahəsində təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. 23 İyun 2023 12:07 Paylaş :