Blog

Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir

22-06-2023

Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir Əsas Faydalı Xəbərlər Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir Bu gün Tailand Krallığının Banqkok şəhərində Kağızsız Ticarət Şurasının ikigünlük sessiyası işə başlayıb. Bundan öncə, iyunun 19-21 tarixlərində isə Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyası keçirilib. Bu tədbirlərdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Hər iki tədbiri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) təşkil edib. Tədbirlərin əsas məqsədi Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələləri və fəaliyyəti müəyyən etməkdir.  Kağızsız Ticarət Şurasının sessiyasında Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsində əldə edilən irəliləyişin qiymətləndirilməsi və perspektivlərin müzakirəsi, Kağızsız Ticarət Şurasının ikinci iclasının hesabatının qəbulu və s. məsələlər nəzərdə tutulub. Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyasında isə bu Sazişin prioritet vəzifələrinin icrası ilə bağlı müzakirələr, Sazişin həyata keçirilməsini sürətləndirmək və tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün strategiyalar və praktiki tədbirlər barədə fikir mübadiləsi aparılıb. Kağızsız Ticarət Şurasına təqdim ediləcək əsas tövsiyələr də daxil olmaqla iclasın hesabatı qəbul edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 22 İyun 2023 15:02 Paylaş :