Blog
You Are Here : Home Blog
Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib Əsas Komitə Xəbərlər Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib 2023-cü il "Heydər Əliyev ili" çərçivəsində gömrük orqanları əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib. Çempionatın açılışında iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onun ideyaları daim xalqımızın gələcəyinə işıq tutacaq. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub, gömrük orqanları əməkdaşları arasında şahmat idman növü üzrə çempionat da bu məqsədlə təşkil edilib. Çempionatın keçirilməsində məqsəd həm də gömrük əməkdaşlarının fərdi bacarıqlarının, intellektual səviyyələrinin inkişaf etdirilməsinə şərait yaradılmasıdır. İsveçrə sistemində keçirilən çempionat 9 turdan ibarət olub və 2 gün davam edib. Çempionatda Dövlət Gömrük Komitəsinin bütün struktur bölmələrindən 72 nəfər gömrük əməkdaşı qatılıb. Oyunlar 40 dəqiqə davam edib və hər oyunçuya 20 dəqiqə vaxt verilib. Çempionatı beynəlxalq dərəcəli hakimlər Lütfiyar Rüstəmov və Nurəli Məmmədzadə idarə ediblər. Çempionatda 1-ci yerə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Elvin Quliyev, ikinci və üçüncü yerləri sırası ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları Rauf Əliyev və Vüqar Əliyev tutublar. Qaliblər medallar və sertifikatlar ilə təltif olunublar. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Yanvar 2023 10:29 Paylaş :
Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib Əsas Komitə Xəbərlər Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib Yanvarın 30-da Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizin hərtərəfli inkişafının, daxili sabitliyinin memarıdır və onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmin etibarlı üzvünə çevrilib. Qeyd olunub ki, Ulu öndərin müdrik siyasəti və tövsiyyələri əsasında mühüm dövlət təsisatlarından biri kimi formalaşan gömrük orqanları Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi institusional islahatlar, innovativ yeniliklər hesabına müasir çağırışlara cavab verən quruma çevrilir. Diqqətə çatdırılıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanları və onun əməkdaşları cari ildə də ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin təminatında, gömrük işinin daha səmərəli təşkili, xidmət səviyyəsinin, əlçatanlığın, vətəndaş, sahibkar məmnuniyyətinin artırılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlar. Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib. 30 Yanvar 2023 15:08 Paylaş :
AZƏRBAYCAN GÖMRÜYÜ - 31
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları AZƏRBAYCAN GÖMRÜYÜ - 31 Əsas Komitə Xəbərlər AZƏRBAYCAN GÖMRÜYÜ - 31 AZƏRBAYCAN GÖMRÜYÜ - 31 Yanvarın 30-u Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 31-ci ildönümüdür. 30 Yanvar 2023 18:13 Paylaş :