Blog
You Are Here : Home Blog
Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib Əsas Komitə Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib Yanvarın 25-də Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 70-ə yaxın sahibkar və Baş idarənin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak edib. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev Naxçıvan Muxtar Respublikasında gömrük işinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində son dövrdə görülən işlər, tətbiq edilən yeni layihələr barədə məlumat verib. Vurğulanıb ki, şəffaflığın, məmnuniyyətin yüksəldilməsi, rəqəmsallığın genişləndirilməsi, büdcə daxilolmalarında dayanıqlılığın təmin edilməsi, güclü və güvənli hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş fəaliyyət proqramına uyğun strateji hədəflərdir. Naxçıvan Baş Gömrük İdarəsi gündəlik iş fəaliyyətini xarici ticarət iştirakçıları ilə açıq dialoq formasında qurur. Biznes subyektlərinin və vətəndaşların qəbulu, onların müraciətlərinə qanunamüvafiq qaydada baxılması və cavablandırılması işi gündəlik olaraq nəzarətdə saxlanılır. Xarici ticarət iştirakçıları ilə keçirilən belə görüşlər gömrük-biznes münasibətlərində qarşıya çıxan məsələlərin müzakirəsi və həlli baxımından əhəmiyyətlidir. Sonra görüşdə “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti ilə bağlı sahibkarlara məlumat verilib. Vurğulanıb ki, “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir. Pilot variantda istifadəyə verilən yeni elektron xidmətə ölkə üzrə hələlik 170 sahibkarlıq subyekti qoşulub, onlardan 3-ü Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlərdir. Tədbirdə Naxçıvandan olan daha 6 xarici ticarət iştirakçısının yeni elektron xidmətə qoşulacağı bildirilib. Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb. 26 Yanvar 2023 17:43 Paylaş :
Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib Əsas Komitə Xəbərlər Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib Yanvarın 26-da Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə qurumlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Daxili İşlər, Səhiyyə, Ədliyyə, Elm və Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, TƏBİB və digər qurumların nümayəndələri iştirak edib. Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın hazırda dünyanı narahat edən əsas problemlərdən birinə çevrildiyini, Azərbaycanın bu sahədə uğurlu mübarizə aparan ölkələrdən olduğunu vurğulayıb, gömrük orqanları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev narkotiklərlə mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətlər, bu sahədə qurumlararası əməkdaşlığın əhəmiyyətindən danışıblar. Daha sonra DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Çağdaş dünyanın aktual problemi: narkotik vasitələr və psixotrop maddələr”, Milli Məclisin deputatı, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı dövlət siyasətinin formalaşdırılması və qanunvericilik” mövzularında təqdimatlarla çıxış ediblər. Həmçinin tədbir zamanı digər dövlət qurumlarının nümayəndələrinin də mövzu ilə əlaqəli məruzələri dinlənilib. Sonda mövzularla bağlı müzakirələr aparılıb. 26 Yanvar 2023 18:32 Paylaş :
Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesini izləyib, ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olublar. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov rəhbərlik etdiyi təhsil ocağında həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, tələbə qəbulu üzrə yüksək göstəricilərini qoruyub saxlayan Akademiyada təhsil prosesinin müasir metodlarla aparılmasına, tələbələrin şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət göstərilir. Tədbirin gedişində Akademiyanın əməkdaşları tərəfindən tədrisin elektron idarəetmə sistemi və tələbələrin biliyinin qiymətləndirilməsinə dair təqdimat və videoçarx nümayiş etdirilib. Daha sonra Akademiyada yaradılan şərait, müasir texniki nəzarət vasitələri ilə təmin olunan auditoriyalar, yoxlama otağı, linqafon kabineti və tədris prosesi ilə tanış olan İctimai Şuranın üzvləri imtahan prosesinin şəffaf və obyektiv keçirildiyini vurğulayıblar. Sonda İctimai Şuranın üzvlərinin tələbələrlə görüşü təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 28 Yanvar 2023 13:56 Paylaş :