Blog
You Are Here : Home Blog
Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında İsveçin Lund Universitetinin nümayəndələri ilə görüş keçirilib. Akademiyanın rəis müavini Araz Aslanlı Şimali Avropanın ən nüfuzlu və qədim ali təhsil ocaqlarından biri-Lund Universiteti ilə xüsusi təyinatlı gənc ali təhsil müəssisəsi olan Akademiya arasında təhsil prosesinin inkişafı üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayıb. Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Lund Universitetinin Beynəlxalq Regional Meneceri Babs Kunle və Beynəlxalq Marketinq Meneceri Daniel Qunnarsson təmsil etdikləri ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin perspektivlərindən bəhs ediblər. Görüşdə hər iki ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında təqdimatlar nümayiş olunub. Daha sonra tələbələrin Universitetlə bağlı sualları qonaqlar tərəfindən ətraflı cavablandırılıb. Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Dekabr 2022 10:46 Paylaş :
Yük nəqliyyat vasitəsində metamfetamin aşkar edildi
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Yük nəqliyyat vasitəsində metamfetamin aşkar edildi Əsas Komitə Xəbərlər Yük nəqliyyat vasitəsində metamfetamin aşkar edildi Yük nəqliyyat vasitəsində metamfetamin aşkar edildi Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub. Yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə -metamfetamin aşkarlanıb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Dekabr 2022 10:49 Paylaş :
MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib Əsas Komitə Xəbərlər MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib Dekabrın 9-da Qazaxıstan Respublikasının Aktau şəhərində MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 75-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. İclasda əqli mülkiyyət hüquqlarının pozulmasının tətbiq edildiyi mallara münasibətdə məlumat mabadiləsinin reqlamenti ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxış edərək bildirib ki, xüsusilə, gömrük orqanları tərəfindən coğrafi göstəricilərin və əmtəə nişanlarının yanlış göstərilməsi hallarına qarşı mübarizə gücləndirilməli və bu məsələ davamlı diqqətdə saxlanılmalıdır. Belə ki, artan ticarət dövriyyəsi zamanı bu cür yanlış göstəriciləri olan malların dövriyyəyə buraxılmasına qarşı əvvəlcədən gömrük orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilməlidir. Eyni zamanda vurğulanıb ki, nəqliyyat vasitələrinin gömrük plombları altında daşınmasının xüsusi texniki qaydaları mövcud olduğundan bu sahədə də zəruri işlər görülməlidir, bu məsələlər beynəlxalq konvensiyalardan irəli gələrək nəqliyyat vasitələrinin qoşqu hissələrinə hər hansı kənar predmetlərin yerləşdirilməsi hallarının qarşısının alınmasında xüsusi önəm daşıyır. İclasda, həmçinin gömrük məsələləri ilə bağlı bir sıra müzakirələr də aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Dekabr 2022 19:32 Paylaş :