Blog
You Are Here : Home Blog
Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir Əsas Faydalı Xəbərlər Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir Dövlət Gömrük Komitəsi gömrük sistemində süni intellektin tətbiqi sahəsində Türkiyə Respublikasının təcrübəsini öyrənir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə bu ölkədə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri müxtəlif gömrük orqanlarında, o cümlədən Türkiyənin Bolqarıstanla sərhədində yerləşən “Kapıkule” gömrük-sərhəd keçid məntəqəsində olub, süni intellektin tətbiqi ilə risklərin idarəolunması və digər istiqamətlərdə həyata keçirilən əməliyyatlar, onun gömrük işinin səmərəliliyinin artırılmasına təsiri ilə bağlı qardaş ölkənin təcrübəsini öyrəniblər. İstanbul hava limanında sərnişinlərin sərhədkeçmə proseslərinin tənzimlənməsi, sərnişinlərə dair ilkin məlumatların təhlili proseslərini əyani şəkildə izləyən nümayəndə heyətinin üzvləri TUBİTAK-da (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) gömrük orqanları üçün maşın öyrənmə metodlarının risklərin idarəolunması sistemində və X-ray cihazlarının proqram təminatında tətbiqi məqsədilə hazırlanan məhsullarla tanış olublar. Həmçinin səfər çərçivəsində hava limanlarında sərnişinləri narahat edən qeyri-qanuni halların aradan qaldırılması və sərnişinlərə dair məlumatların əvvəlcədən paylaşılması ilə bağlı qarşı Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 May 2023 18:55 Paylaş :
Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib Əsas Faydalı Xəbərlər Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib. Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin kollektivi Fəxri Xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra xidmətə yeni qəbul edilən 220 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mərasimdə çıxış edərək bildirib ki, gömrük əməkdaşlarının andiçmə mərasiminin məhz Əbədiyaşar Liderimizin doğum günündə keçirilməsi təsadüfi deyil. Belə ki, müstəqil respublikamızda bütün sahələrin, o cümlədən gömrük sisteminin də yenidən qurulması və inkişafı məhz Ulu Öndərin diqqət və qayğısı, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində mümkün olub. Daha sonra digər çıxış edənlər Ümummilli Liderin dövlət quruculuğu, ölkəmizin davamlı iqtisadi inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını bildiriblər. Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçrəngli bayrağımızla bağlı xüsusi kompozisiya nümayiş etdiriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 10 May 2023 17:47 Paylaş :
Ulu Öndərin 100 illiyi münasibətilə tədbir təşkil olunub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Ulu Öndərin 100 illiyi münasibətilə tədbir təşkil olunub Əsas Faydalı Xəbərlər Ulu Öndərin 100 illiyi münasibətilə tədbir təşkil olunub Ulu Öndərin 100 illiyi münasibətilə tədbir təşkil olunub Mayın 10-da Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti Azərbaycanın inkişafı və çiçəklənməsindəki misilsiz rolundan danışan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov Ulu Öndərin zəngin dövlətçilik irsi, eləcə də gömrük sisteminin inkişafı və formalaşması istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edib. Həmçinin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını, keyfiyyətcə yeni müstəvidə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 10 May 2023 20:17 Paylaş :