Blog

Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

31-03-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib Əsas Faydalı Xəbərlər Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə ətraflı məlumat verilib. O da qeyd olunub ki,  31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılmasına ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub. 31 Mart 2023 21:43 Paylaş :