Gömrük Akademiyasında 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasında 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasında 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib Gömrük Akademiyasında 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə tədbir keçirilib. Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələrinin iştirakı ilə keçirilən tədbir 31 Mart soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə soyqırımı faciəsini əks etdirən videoçarx təqdim olunub. Akademiyanın rəisi Qulu Novruzov çıxış edərək 105-ci ildönümü tamam olan 31 Mart Soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu bildirib. Faciənin tarixinə qısa nəzər salan Akademiya rəisi soyqırıma siyasi qiymətin verilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb, məhz Müzəffər Ali Baş Komandan və yenilməz Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbə nəticəsində tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırıb. Tədbirdə digər çıxış edənlər mart soyqırımının tarixinə nəzər salaraq 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarından söz açaraq müxtəlif bölgələrimizdə törədilən erməni terroru və vəhşiliklər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 31 Mart 2023 21:49 Paylaş :