Blog
You Are Here : Home Blog
Dövlət qurumları arasında intellektual oyun keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Dövlət qurumları arasında intellektual oyun keçirilib Əsas Faydalı Xəbərlər Dövlət qurumları arasında intellektual oyun keçirilib Dövlət qurumları arasında intellektual oyun keçirilib Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib. “Gülüstan” sarayında keçirilən tədbirdə 37 dövlət qurumunu təmsil edən komandalar iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində təhsilə, gənc nəslin yetişdirilməsinə, onların fərdi bacarıqlarının aşkar edilməsi və inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və yarış iştirakçılarına uğurlar arzulayıb. Tədbirdə münsiflər heyətinin üzvləri - Vüqar Rəhimzadə və Leyla Hüseynova da çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən, ölkəmizdə gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasətindən bəhs ediblər. Sonra Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən videoçarx nümayiş olunub. Qeyd edək ki, intellektual oyun 7 turdan, 42 sualdan ibarət olub. İkinci turun sualları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilib. Yarışın nəticələrinə görə İqtisadiyyat Nazirliyinin "Mineco" komandası I, Dövlət İmtahan Mərkəzinin "DİM" komandası II, Xarici İşlər Nazirliyinin “Diplomat” komandası isə lll yerin qalibi olublar. Sonda qalib komandalara diplomlar və hədiyyələr təqdim olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 4 May 2023 17:05 Paylaş :
Gömrük əməkdaşları arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Gömrük əməkdaşları arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib Əsas Faydalı Xəbərlər Gömrük əməkdaşları arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib Gömrük əməkdaşları arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə gömrük əməkdaşları arasında keçirilən “Şeir, hekayə və bədii qiraət” müsabiqəsinin qalibləri müəyyənləşib. Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə keçirilən müsabiqənin məqsədi gömrük orqanı əməkdaşlarının ədəbi-bədii sahədə fərdi bacarıqlarının üzə çıxarılaraq inkişaf etdirilməsi, bu məqsədlə təşkil olunan tədbirlərdə onların fəal iştirakının təmin olunmasıdır. Mayın 4-də Rəşid Behbudov adına Mahnı Teatrında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Ümummilli Lider Heydər Əliyevlə bağlı video-çarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Ümummilli Lider Heydər Əliyevin ədəbiyyata, incəsənətə xüsusi diqqət göstərdiyini, onların əməyini daim yüksək qiymətləndirdiyini bildirib. Məhz Ulu Öndərin bu istiqamətdə təməlini qoyduğu mütərəqqi ənənələr hesabına Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi mühitdə özünə etibarlı yer qazandığını vurğulayan xalq yazıçısı, gömrük orqanları əməkdaşları arasında keçirilən müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov mərasimdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ədəbiyyata göstərdiyi hərtərəfli dövlət qayğısından bəhs edib. O da qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr, dahi şairlərimizin beynəlxalq səviyyədə keçirilən yubiley tədbirləri Azərbaycan ədəbiyyatının bütün dünyada layiqincə tanıdılmasında mühüm rol oynayıb. Ümummilli Liderin 100 illiyi münasibətilə keçirilən tədbirin gömrük orqanı əməkdaşlarının ədəbi-bədii sahədə fərdi bacarıqlarının üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin həyata keçirdiyi siyasətin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatımızın inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Qeyd edək ki, ümumilikdə müsabiqəyə təqdim olunan 19 şeir, 12 hekayə, 11 bədii qiraət nümunəsi Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Gömrük əməkdaşlarının müəllifi olduğu şeir müsabiqəsi” kateqoriyası üzrə Azərterminalkompleks Birliyinin əməkdaşı Hüseyin Bağırovun “Söz” şeri 1-ci, Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin əməkdaşı Ülvi Məmmədovun “Yaşa Azərbaycanın rəşadətli ordusu” şeri 2-ci, Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadənin “Yaradılışa dair” şeiri isə 3-cü yerə layiq görülüb. Hekayə janrında Azərterminalkompleks Birliyinin əməkdaşı Hüseyin Bağırovun “Ağ buludun kəraməti” hekayəsi 1-ci, Azərterminalkompleks Birliyinin əməkdaşı Şəbnəm Quliyevanın “Çərşənbə ətri” hekayəsi 2-ci, Komitənin Hüquqi Təminat İdarəsinin əməkdaşı Nigar Məmmədzadənin “İnsan” hekayəsi isə 3-cü yeri qazanıb. Münsiflər heyətinin yekdil qərarı ilə “bədii qiraət müsabiqəsi” kateqoriyası üzrə hər üç yer üçün iki qalib müəyyənləşdirilib. Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşı Aygün Ağayeva və Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşı Oksana Romanova bu kateqoriya üzrə 1-ci yerə layiq görülüblər. Komitənin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin əməkdaşı Şəfa Ağayeva və İnzibati İdarəetmənin Təşkili İdarəsinin əməkdaşı İlqar Kərimbəyli 2-ci, Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı Vüqar Həmidli ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ramiz Balayev 3-cü yerin sahibi olublar. Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 4 May 2023 22:19 Paylaş :
Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib Əsas Faydalı Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib. Gömrük əməkdaşları əvvəlcə Dahi Liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Qonaqlara Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası barədə geniş məlumat verilib. Naxçıvan Baş Gömrük İdarəsinin akt zalında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında və gömrük xidmətinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb. 4 May 2023 22:33 Paylaş :