Blog
You Are Here : Home Blog
Külli miqdarda psixotrop maddə aşkarlandı
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Külli miqdarda psixotrop maddə aşkarlandı Əsas Komitə Xəbərlər Külli miqdarda psixotrop maddə aşkarlandı Külli miqdarda psixotrop maddə aşkarlandı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus bel çantası rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib. Yoxlama zamanı çantanın qulplarından aşkar edilən 2 ədəd bağlamada kristal şəklində psixotrop maddənin olduğu müəyyənləşdirilib. Bundan başqa həmin şəxsin çantasından gömrük orqanına bəyan edilməyən bir ədəd “İphone 13 Starlight, 128 GB”markalı mobil telefon da aşkar edilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən psixotrop maddə çəkisi 348 qram olan metamfetamindir. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 13 Yanvar 2023 16:19 Paylaş :
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib Əsas Komitə Xəbərlər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib Yanvarın 13-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Görüş gömrük-biznes münasibətlərinin daha işgüzar və səmərəli şəkildə qurulması, gömrük sahəsində tətbiq edilən yeniliklər, layihələrlə bağlı sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə keçirilib. Görüşdə nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi, alkoqollu içkilər, tütün məmulatları, həmçinin aksizlərlə bağlı sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 13 Yanvar 2023 15:48 Paylaş :
Texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib Əsas Komitə Xəbərlər Texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib Texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün reaktiv maddələrin aşkarlanması, bu məqsədlə tətbiq edilən texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib. Təlim Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən bu ölkənin Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsinin dəstəyi ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda təşkil olunub. “Agilent Texnologiyalar” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə DGK-nın ərazi və ixtisaslaşmış idarələrinin əməkdaşları iştirak edib. İki gün davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Yanvar 2023 14:50 Paylaş :