Blog
You Are Here : Home Blog
Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib Əsas Komitə Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib Yanvar 6-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib. Görüşdə gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması, gömrük işinin səmərəliliyinin, şəffaflığın, vətəndaş məmnuniyyətinin artırılması, prosedurların rasionallığının təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması, gömrük hüqupozmalarına qarşı mübarizənin gücləndirilməsi, bilikli kadrların potensialından səmərəli istifadə ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib. 7 Yanvar 2023 19:05 Paylaş :
Dövlət Gömrük Komitəsində Yaponiyanın səfiri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsində Yaponiyanın səfiri ilə görüş keçirilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsində Yaponiyanın səfiri ilə görüş keçirilib Dövlət Gömrük Komitəsində Yaponiyanın səfiri ilə görüş keçirilib Yanvarın 9-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb. Görüşdə iki ölkə arasındakı işgüzar əlaqələrdən, o cümlədən gömrük sahəsində Yaponiya Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən təlim proqramlarından bəhs edilib. Görüşdə, həmçinin beynəlxalq tranzitin inkişafında “Orta Dəhliz”in əhəmiyyəti vurğulanıb, bu dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində Yaponiya tərəfindən səsləndirilən fikirlər ətrafında müzakirələr aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Yanvar 2023 20:26 Paylaş :
Gömrük Akademiyasının tələbələri Şanxay Gömrük Kollecinin beynəlxalq proqramından məzun oldular
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasının tələbələri Şanxay Gömrük Kollecinin beynəlxalq proqramından məzun oldular Əsas Komitə Xəbərlər Gömrük Akademiyasının tələbələri Şanxay Gömrük Kollecinin beynəlxalq proqramından məzun oldular Gömrük Akademiyasının tələbələri Şanxay Gömrük Kollecinin beynəlxalq proqramından məzun oldular Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) üç tələbəsi -“İqtisadiyyat” ixtisasının II kurs tələbəsi Kamran Muradlı, “Beynəlxalq ticarət və logistika” ixtisasının III kurs tələbəsi Elmira Muqumova və II kurs tələbəsi Anar İmanov 2022/2023-cü tədris ilinin payız semestrində Çinin Şanxay Gömrük Kollecinin beynəlxalq virtual təhsil proqramında iştirak edərək yüksək göstəricilərlə məzun olublar. Akademiya tərəfindən aparılmış müsabiqə əsasında seçilən tələbələr Şanxay Gömrük Kolleci tərəfindən qəbul edilərək bir semestr ərzində beynəlxalq onlayn proqramda təhsil alıblar. Semestrin sonunda proqramın onlayn formatda bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Şanxay Gömrük Kollecinin prezidenti prof. Konq Yuhao proqramın mahiyyətindən, tələbələrin qazandıqları yeni biliklərdən söz açıb. O, proqramın yaxın gələcəkdə ənənəvi formatda Şanxay şəhərində keçirilməsi imkanlarını vurğulayaraq, tərəfdaş ali təhsil müəssisələrinə, o cümlədən DGKA-ya da öz təşəkkürünü bildirib. Daha sonra proqramda iştirak edən digər tələbələrlə yanaşı, DGKA-nın proqramdan məzun olan tələbəsi Elmira Muqumova da çin və ingilis dillərində çıxış edərək, özünün və digər tələbə yoldaşlarının proqramla bağlı təəssüratlarını bölüşüb. 2022-ci ilin sentyabr-dekabr aylarını əhatə edən dövr ərzində həyata keçirilmiş beynəlxalq təhsil proqramı səkkiz fənni - beynəlxalq gömrük idarəetməsi, tarif texnologiyaları, müasir logistika, sərhədlərarası elektron ticarət hüququ, çin dili, Çin gömrük idarəçiliyi, mədəniyyətlərarası biznes ünsiyyəti, iqtisadiyyatın prinsiplərini əhatə edib. Fənlər "VooV" platforması vasitəsilə tədris olunub. Xatırladaq ki, əsası 1908-ci ildə qoyulmuş Şanxay Gömrük Kolleci Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının təlim qurumu, "Bir kəmər, bir yol" təşəbbüsündə Çin gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurum və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzidir. Sözügedən proqram ŞGK ilə əməkdaşlıq çərçivəsində DGKA-nın tələbələr üçün təşkil etdiyi növbəti beynəlxalq distant/onlayn təhsil imkanıdır. Qeyd edək ki, Gömrük Akademiyası da cari tədris ilinin payız semestrində ŞGK-nın 11 tələbəsi üçün xüsusi tədris proqramı təşkil edib. 10 Yanvar 2023 12:18 Paylaş :