Blog
You Are Here : Home Blog
Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın kollektivi, tələbələr, ictimaiyyətin nümayəndələri, 20 yanvar hadisələrinin şahidləri "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər 33 il əvvəl Bakıda törədilən faciənin tarixindən söz açaraq 20 Yanvar gününün müstəqillik tariximizin qan yaddaşı olmaqla yanaşı, həm də şərəf və qürur səhifəsi, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar. Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı şahidlərin xatirələri dinlənilib, videoçarx, tələbələrin hazırladığı bədii kompozisiya nümayiş etdirilib. 20 Yanvar 2023 15:05 Paylaş :
Şəhidlərin xatirəsinə ehtiram
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Şəhidlərin xatirəsinə ehtiram Əsas Komitə Xəbərlər Şəhidlərin xatirəsinə ehtiram Şəhidlərin xatirəsinə ehtiram Yanvarın 20-də sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib. Gömrük əməkdaşları 33 il əvvəl baş verən faciədə ölkəmizin azadlığı və müstəqilliyi naminə canlarını fəda edən 20 Yanvar şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 20 Yanvar 2023 15:11 Paylaş :
Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Əsas Komitə Xəbərlər Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Yanvarın 21-də Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. Görüş Dövlət Gömrük Komitəsinin pilot variantda tətbiqinə başladığı “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə sahibkarları və gömrük təmsilçilərini məlumatlandırmaq, onların fikir və rəylərini öyrənmək məqsədilə təşkil edilib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, gömrük işinin günün tələbləri səviyyəsində beynəlxalq standartlara uyğun şəkildə təşkili, şəffaflığın, əlçatanlığın artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, rəqəmsallığın genişləndirilərək təmasın minimuma endirilməsi məqsədilə gömrük sistemində institusional təkmilləşdirmələr aparılır, “Şəxsi hesab vərəqəsi” elektron xidməti də bu istiqamətdə tətbiq edilən mühüm yeniliklərdəndir. Yeni elektron xidmət biznes fəaliyyətinin, əməliyyatların, maliyyə-uçot sisteminin düzgün qurulmasına münbit şərait yaradır. Daha sonra Komitənin mütəxəssisləri tərəfindən “Şəxsi hesab vərəqəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə canlı olaraq iştirakçılara izah edilib, sahibkarları və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 21 Yanvar 2023 14:26 Paylaş :