Blog
You Are Here : Home Blog
Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirən daha bir vəzifəli şəxs ifşa olunub
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirən daha bir vəzifəli şəxs ifşa olunub Əsas Faydalı Xəbərlər Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirən daha bir vəzifəli şəxs ifşa olunub Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirən daha bir vəzifəli şəxs ifşa olunub Xəbər veridiyi kimi qanunsuz olaraq avtomobil idxalına dair Dövlət Gömrük Komitəsindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin istintaqı davam etdirilir. Cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən istintaq-əməliyyat tədbirlərilə qeyd olunan qurumun Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmasına, yəni 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 5 Sentyabr 2023 17:15 Paylaş :
Dövlət Gömrük Komitəsində CARICC-in direktoru ilə görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsində CARICC-in direktoru ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsində CARICC-in direktoru ilə görüş keçirilib Dövlət Gömrük Komitəsində CARICC-in direktoru ilə görüş keçirilib Sentyabrın 5-də Dövlət Gömrük Komitəsində Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin direktoru Ataqeldi Yazlıyev ilə görüş keçirilib. Görüşdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə işində Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (CARICC) fəaliyyətindən bəhs edilib, Azərbaycanın bu qurumun ən fəal üzvlərindən olduğu vurğulanıb. Tərəflər arasında bütün sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğu vurğulanıb, qarşılıqlı əlaqalərin, təcrübə və məlumat mübadiləsinin daha da gücləndirilməsi, eyni zamanda CARICC-in narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan gömrük əməkdaşlarının potensialının gücləndirilməsi üçün təlimin keçirilməsi məsələləri müzakirə edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 5 Sentyabr 2023 17:46 Paylaş :
Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib Sentyabrın 5-də Dövlət Gömrük Komitəsi ilə SOCAR və BP-nin podratçı şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyasından danışaraq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini inamla davam etdirərək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu, neft strategiyasının da uğurla həyata keçirilməsinə nail oldu. Bu mühüm və strateji əhəmiyyətli sahəyə iri həcmdə investisiyalar qoyuldu, yeni neft yataqlarının istismarına başlanıldı. Azərbaycan neft və qaz istehsalının sürətlə artması nəticəsində regionun və bütövlükdə dünyanın iri neft və qaz ixrac edən ölkəsinə çevrildi. Tədbirdə BP və onunla bərabər fəaliyyət göstərən şirkətlərin Azərbaycanda sosial, infrasturuktur layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətlərindən də bəhs edilib. Həmçinin neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərlə gömrük orqanları arasında mövcud əlaqələrə toxunulub, eləcə də gömrük sistemində son dövrlərdə aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, strateji hədəflər, prioritet istiqamətlər, tətbiqinə başlanan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verilib. Sonra “sistem və alətlər”, “normativ tələblər”, “proses və prosedurlar”, “rüsumlar və ödənişlər”, “buraxılış qabiliyyəti və səmərəlilik” mövzularında şirkət nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb, bəzi situativ məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti mərhələlərdə gömrük-biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, rəy və təkliflər dinlənilib. Qeyd edək ki, tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti arasında da görüş keçirilib. 5 Sentyabr 2023 18:17 Paylaş :