Blog
You Are Here : Home Blog
Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib Əsas Faydalı Xəbərlər Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib Sentyabrın 1-də Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüş gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması, gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə təşkil olunub. Tədbirdə Dövlət Gömrük Komitəsinin son dövrlərdə apardığı təkmilləşdirilmələr, gömrük xidmətinin strateji hədəfləri, eyni zamanda həyata keçirilmiş və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib. Həmçinin, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının və əhalinin sağlamlığının müdafiəsi, əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi çərçivəsində şəxslərin müraciətlərinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılmasına dair məlumatlar da biznes subyektlərinin diqqətinə çatdırılıb. Görüş zamanı Sumqayıt Gömrük İdarəsinin əməkdaşlarından və biznes subyektlərinin nümayəndələrindən ibarət yaradılmış İctimai Şuraya sahibkarlardan ibarət daha 5 nəfər üzv qəbul olunub, beləliklə üzvlərin sayı 12 nəfərə çatıb. Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 Sentyabr 2023 14:26 Paylaş :
Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib Əsas Faydalı Xəbərlər Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev və digər şəxslərin qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, əldə edilmiş ilkin sübutlarla Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdurəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb. İş üzrə toplanmış sübutlar əsasında Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin Məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib, Malik Əliyev barəsində məhkəmənin qərarilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 1 Sentyabr 2023 15:26 Paylaş :
Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib Əsas Faydalı Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası” mövzusunda təlim keçirilib. Təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrin əməkdaşları iştirak ediblər. Naxçıvan Baş Gömrük İdarəsinin rəisinin müavini Rəşad Bayramov mövzunun aktuallığına dair fikirlərini bölüşüb və gömrük əməkdaşlarını təlimdə aktiv olmağa dəvət edib. Sonra Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası” barədə danışıb, həyata keçirilən təkmilləşdirilmələr və yeniliklər barədə məlumat verib, gələcəkdə tətbiq ediləcək yeni layihələrin əhəmiyyətindən söz açıb. Təlimdə gömrük əməkdaşlarını maraqlandıran suallar ətraflı cavablandırılıb, dinləyicilərin təlimi mənimsəmə səviyyəsinin ölçülməsi məqsədilə 30 dəqiqə ərzində 10 tapşırıq sualı təqdim edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 Sentyabr 2023 18:08 Paylaş :