Blog

Azərbaycan və Türkiyə gömrük orqanları arasında görüş olub

08-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycan və Türkiyə gömrük orqanları arasında görüş olub Əsas Komitə Xəbərlər Azərbaycan və Türkiyə gömrük orqanları arasında görüş olub Azərbaycan və Türkiyə gömrük orqanları arasında görüş olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Dilucu Gömrük Müdirliyi arasında “Dilucu” sərhəd-buraxılış məntəqəsində gömrük əməkdaşlığı çərçivəsində görüş keçirilib. Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin və Dilucu Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması və bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib. Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi            8 Dekabr 2022 09:45 Paylaş :