Blog
You Are Here : Home Blog
Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib Əsas Faydalı Xəbərlər Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib Avqustun 23-də Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Hyundai" və "Kia" brendlərinə məxsus saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasına gətirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib. “Auto Azərbaycan” MMC tərəfindən təşkil edilən təlimin məqsədi sözügedən brendlərə məxsus ehtiyat hissələrinin xüsusiyyətləri barədə gömrük əməkdaşlarının məlumatlandırılması, bilik və bacarıqlarının artırılmasıdır. Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin, ərazi və ixtisaslaşmış gömrük idarələrinin 15-ə qədər əməkdaşının iştirak etdiyi təlimdə şirkətin ekspertləri tərəfindən orijinal və saxta hissələri fərqləndirmək, saxta məhsulu müəyyən etmək üçün hazırlanan yeni mobil proqram barədə təqdimat nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sertifikatlar təqdim olunub. 23 Avqust 2023 18:42 Paylaş :
Dövlət Gömrük Komitəsinin sədri Oğuz şəhərində vətəndaşları qəbul edib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri Oğuz şəhərində vətəndaşları qəbul edib Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri Oğuz şəhərində vətəndaşları qəbul edib Dövlət Gömrük Komitəsinin sədri Oğuz şəhərində vətəndaşları qəbul edib Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Avqustun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. DGK sədri qəbuldan öncə Oğuz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Oğuz və Qəbələ rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 25 Avqust 2023 14:09 Paylaş :
Sahibkarlarla görüş keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Sahibkarlarla görüş keçirilib Əsas Faydalı Xəbərlər Sahibkarlarla görüş keçirilib Sahibkarlarla görüş keçirilib Astara Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Görüş gömrük sistemində tətbiq edilən yeniliklər barədə sahibkarların məlumatlandırılması, biznes nümayəndələri ilə səmərəli dialoqun qurulması, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə təşkil olunub. Tədbirdə biznes nümayəndələrinə Gömrük Xidmətinin Fəaliyyət Proqramı haqqında məlumat verilərək bildirilib ki, son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin əsas hədəfi gömrük işinin təşkili sahəsində qabaqcıl təcrübələri, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrini nəzərə almaqla gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması, könüllü riayətetmə prinsipinin formalaşdırılması, şəffaflığın təmin edilməsi, rəqəmsal həllərin genişləndirilməsidir. Həmçinin sahibkarlar tətbiq edilən layihələr, rəsmiləşdirilmə, sərhədkeçmə, bəyanetmə prosesində aparılan təkmilləşdirilmələr və onların faydaları barədə də məlumatlandırılıb. Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. 25 Avqust 2023 14:47 Paylaş :