Blog

Gömrük Akademiyasında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

15-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib Gömrük Akademiyasında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında Şuşanı fəth edən Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib. Qəhrəmanlarla görüş “Şuşa İli”nə həsr olunan tədbirlər planı çərçivəsində təşkil edilib. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şəhid və qazilərin tələbə-gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində təşkil edilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyi vurğulanıb, azad olunan torpaqlarda böyük quruculuq işlərindən də danışılıb. Sonra qazilərimiz - Əhliyət Mehdiyev, Cavid Həsənov, Əfqan Zaxmayev və İlqar Nurməmmədov keçdikləri döyüş yolundan, rəşadətli ordumuzun gücü sayəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsindən bəhs edərək müharibə ilə bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda qazilər tələbələrin suallarını cavablandırıblar. 15 Dekabr 2022 17:14 Paylaş :