Blog

Şəxsi istifadə üçün gətirilən dərmanlarla bağlı normaların müəyyən edilməsinə dair müzakirələr aparılıb

16-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Şəxsi istifadə üçün gətirilən dərmanlarla bağlı normaların müəyyən edilməsinə dair müzakirələr aparılıb Əsas Komitə Xəbərlər Şəxsi istifadə üçün gətirilən dərmanlarla bağlı normaların müəyyən edilməsinə dair müzakirələr aparılıb Şəxsi istifadə üçün gətirilən dərmanlarla bağlı normaların müəyyən edilməsinə dair müzakirələr aparılıb Dekabrın 16-da Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin nümayəndələri arasında işçi görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Səhiyyə nazirinin müavini Rasim İsmayılov və hər iki qurumun aidiyyəti strukturlarının nümayəndələri iştirak edib. Görüş zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə uyğun olaraq fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrinin ölkə ərazisinə gətirilməsinin, onların sayının, o cümlədən sadələşdirilmiş qaydada buraxılışının müəyyənləşdirilməsinə dair işçi qaydada müzakirələr aparılıb. Ökəyə qeydiyyatsız gətirilən dərman vasitələri ilə bağlı vətəndaşın hüquqlarını məhdudlaşdırmadan tənzimləyici nəzarət mexanizminin hazırlanmasının vacib olduğu diqqətə çatdırılıb. Görüşdə bir çox ölkələrin mövcud təcrübələri müzakirə edilməklə yanaşı, vətəndaş məmnunluğuna xidmət edən ən effektiv qaydalar təhlil edilib, mümkün riskləri azaldaraq  gələcəkdə müvafiq addımların atılması ilə bağlı təkliflər səsləndirilib. Sonda Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən  işçi qaydada yenidən müzakirələrin aparılması və normalarla bağlı təkliflərə  bir daha detallı olaraq nəzər salınması qərara alınıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 16 Dekabr 2022 16:18 Paylaş :