Blog
You Are Here : Home Blog
Vətəndaşların diqqətinə!
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Vətəndaşların diqqətinə! Əsas Faydalı Xəbərlər Vətəndaşların diqqətinə! Vətəndaşların diqqətinə! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir. Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Mart 2023 13:53 Paylaş :
ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb Əsas Faydalı Xəbərlər ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə Komitə sədrinin müavinləri, hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak edib. Görüşdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən Agentliyin xidməti itlərə olan ehtiyacların təmin edilməsinə kömək göstərilməsi, ANAMA tərəfindən Mərkəzin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, mövcud resurs və imkanlardan səmərəli istifadə edilməsi, müsbət təcrübələrin mübadiləsi və zəruri ixtisas təlimlərinin təşkili, eyni zamanda kinoloji sahədə qarşılıqlı əməkdaşlığın inkişafına nail olmaqdır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Mart 2023 15:05 Paylaş :
Dövlət Gömrük Komitəsinin sədri İtaliya Respublikasının səfiri ilə görüşüb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri İtaliya Respublikasının səfiri ilə görüşüb Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri İtaliya Respublikasının səfiri ilə görüşüb Dövlət Gömrük Komitəsinin sədri İtaliya Respublikasının səfiri ilə görüşüb Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb. Görüşdə Azərbaycanla İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən, həmçinin gömrük sferasında daha səmərəli və işgüzar əlaqələrin qurulmasının vacibliyindən bəhs edilib. İtaliya Respublikasının Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğu, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı və tənzimlənməsinə gömrük orqanlarının da mühüm töhfə verdiyi bildirilib. Eyni zamanda iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Mart 2023 21:27 Paylaş :