Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib Əsas Faydalı Xəbərlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə mayın 10-da Dövlət Gömrük Komitəsi tərəfindən təntənəli mərasim keçirilib. Beynəlxalq Muğam Mərkəzində təşkil edilən mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Ulu Öndərin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti boyunca xalqımızın milli maraqlarını bütün dəyərlərdən üstün tutduğunu, ömrünü ölkəsinin inkişafı və çiçəklənməsinə, onun parlaq gələcəyinə həsr etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, məhz Ümummilli Liderin ideyaları, tapşırıq və tövsiyələri əsasında digər dövlət təsisatları kimi gömrük orqanları da sürətlə inkişaf edərək milli və iqtisadi təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayan çevik, dinamik dövlət qurumuna çevrilib. Mərasimdə çıxış edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun müstəqilliyimizin təmin edilməsi və qorunması, dövlətimizin gələcək iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətindəki müstəsna xidmətlərindən danışıb. Sonra Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlığın inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə bir sıra dövlət qurumlarının əməkdaşları Komitə sədrinin əmri ilə “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif ediliblər. Eyni zamanda uzun müddət gömrük orqanlarında xidmət etmiş veteran gömrük əməkdaşlarının bir qismi də Komitə sədrinin əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar. 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə gömrük əməkdaşları arasında təşkil olunan “Şeir, hekayə və bədii qiraət” müsabiqəsinin “Bədii qiraət” kateqoriyası üzrə qalibləri şerlər səsləndiriblər. Mərasimdə Azərbaycan Respublikasının Xalq artisti, şəhid atası Əli Nur da çıxış edib. Həmçinin tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə gömrük orqanı əməkdaşları arasında “Heydər Əliyev və Azərbaycan gömrük xidməti” mövzusunda keçirilən “Ən yaxşı məqalə” müsabiqəsinin nəticələri elan edilib. Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Türkan Hüseynli 1-ci, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin əməkdaşı Fuad Məmmədov 2-ci, Hüquqi Təminat İdarəsinin əməkdaşı Tural Həsənli isə 3-cü yerin qalibi olub. Mərasim tarzən Səxavət Məmmədovun Ümummilli Liderin ən çox sevdiyi musiqi nümunələrinin ifası ilə yekunlaşıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 10 May 2023 23:22 Paylaş :