Blog
You Are Here : Home Blog
Gömrük əməkdaşları üçün təlimlər keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük əməkdaşları üçün təlimlər keçirilib Əsas Faydalı Xəbərlər Gömrük əməkdaşları üçün təlimlər keçirilib Gömrük əməkdaşları üçün təlimlər keçirilib Sentyabrın 6-dan 15-dək Bakı şəhərindəki Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində, Dövlət Gömrük Komitəsinin Akademiyasında, “Gəncə Gənclər evi” sosial xidmət müəssisəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlimlər keçirilib. Təlimlər azad və xüsusi iqtisadi zonalar, gömrük bəyannamələri, gömrük dəyəri, gömrük nəzarəti, nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması, “Bir pəncərə” prinsipi, gömrük nəzarətinin aparılmasında istifadə olunan texniki nəzarət vasitələri, multimodal daşımalar, əqli mülkiyyət hüquqları, malların gömrük sərhədindən keçirilməsi ilə bağlı qadağa və məhdudiyyətlər, milli-mədəni sərvətlərin idxalı, ixracı, qiymətli metallar və zinət əşyalarının ölçü vahidlərinin müəyyən edilməsi və “Yaşıl dəhliz” buraxılış sistemi mövzularını əhatə edib. Keçirilən təlimlərdə Gəncə, Balakən, Tovuz, Biləsuvar, Astara və Xaçmaz gömrük idarələrində, "Poçt və ekspres daşımaları", Kürdəmir və Şirvan gömrük postlarında xidmət keçən, ümumilikdə 58 əməkdaş iştirak edib. 19 Sentyabr 2023 10:50 Paylaş :
493 qram qızıl-zinət əşyaları aşkar olunub
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr 493 qram qızıl-zinət əşyaları aşkar olunub Əsas Faydalı Xəbərlər 493 qram qızıl-zinət əşyaları aşkar olunub 493 qram qızıl-zinət əşyaları aşkar olunub Daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan Dövlət Gömrük Komitəsinin hava limanında xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub. Hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Sentyabr 2023 11:07 Paylaş :
Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib Əsas Faydalı Xəbərlər Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib Qırğızıstanın Çolpan-Ata şəhərində MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyəti əvvəl tədbirdə müzakirə olunacaq sənəd layihələrinin işlənib hazırlanması məqsədilə işçi qruplarının və ekspertlərin iştirakı ilə keçirilən iclasa qatılıb. MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclasında tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə, beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən, dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi istiqamətində fəaliyyət, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, işçi qruplarının fəaliyyətləri və iş planları müzakirə edilib. Həmçinin, iclasın gündəliyinə çıxarılmış 10 qərar layihəsi müzakirə edilərək imzalanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Sentyabr 2023 12:08 Paylaş :