Blog
You Are Here : Home Blog
Biləsuvar Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Biləsuvar Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib Əsas Faydalı Xəbərlər Biləsuvar Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib Biləsuvar Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüş gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı sahibkarları məlumatlandırmaq, həmçinin idxal və ixrac əməliyyatları, mövsümi malların rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələlərin müzakirəsi məqsədilə təşkil olunub. Tədbirdə biznes nümayəndələrinə “Gömrük Xidmətinin Fəaliyyət Proqramı”, strateji hədəflər barədə məlumat verilib, həmçinin qeyd olunub ki, əsas məqsəd məmnunluğun artırılması, şəffaflığın təmin olunması, rəqəmsal həllər hesabına gömrük əməliyyatlarının asan və sürətli həyata keçirilməsidir. Daha sonra sahibkarların rəy və təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 13 Sentyabr 2023 16:41 Paylaş :
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Sosial şəbəkələrdə poçt göndərişləri vasitəsilə ölkə ərazisinə göndərilən müxtəlif növ kosmetik vasitələrin gömrük orqanları tərəfindən buraxılışının dayandırılması və gömrük ödənişləri həyata keçirilərkən əlavə vəsaitin tələb edilməsi ilə bağlı videomüraciət yayımlanıb. Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsi bildirir ki, bir şəxs tərəfindən ayrı-ayrı şəxslərin adına Ukraynadan Azərbaycan Respublikasına göndərilən, ümumi çəkisi 62.8 kg olan malların (kosmetik vasitələrin) kommersiya məqsədlərini daşıması ehtimalı olduğundan və ümumi invoys dəyəri 214 ABŞ dolları göstərildiyindən daha ətraflı gömrük nəzarətinin həyata keçirilməsinə zərurət yaranmış, vətəndaşın təkrarən gömrük orqanına dəvət edilməsi və onun iştirakı ilə müvafiq araşdırmanın aparılması nəzərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki, vətəndaşın çıxışında gömrük orqanları tərəfindən gömrük rüsum dərəcəsinin 400 %-ə qaldırılması ilə bağlı iddiasının heç bir əsası yoxdur. Qeyd edək ki, malların kommersiya məqsədilə ölkə ərazisinə gətirilməsi zamanı bəyan edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın müddəaları ilə tənzimlənir. Eyni zamanda mallar ölkə ərazisinə idxal olunarkən qanunvericiliklə nəzərdə tutulan hallarda gömrük yığımlarına, gömrük rüsumlarına və əlavə dəyər vergisinə cəlb olunur. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Sentyabr 2023 15:05 Paylaş :
Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Sentyabrın 14-də Dövlət Gömrük Komitəsində 2-ci daxili müsabiqənin qalibləri ilə görüş keçirilib. Qeyd edək ki, daxili müsabiqə gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan müvafiq səriştələrə malik kadrların müəyyənləşdirilməsi, vakant vəzifələr üzrə kadr ehtiyaclarının ödənilməsi məqsədilə keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müsabiqə qaliblərinə qazandıqları uğurlara, göstərdikləri bilik və bacarıqlara görə təşəkkür edilib, onlara karyera yüksəlişi imkanları əldə etdikləri bildirilib. Xatırladaq ki, 2-ci daxili müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsində iştirak edən 103 namizəddən ən yüksək nəticə göstərən 39 iştirakçı qalib olub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Sentyabr 2023 15:36 Paylaş :