Blog
You Are Here : Home Blog
İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilib
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilib Əsas Faydalı Xəbərlər İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilib İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilib İyulun 20-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası öz işinə başlayıb. Hibrit formatda keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan,Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edir. Nümayəndə heyətləri görüşdən əvvəl Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov regional əməkdaşlığın və tranzitin inkişaf etdirilməsində İƏT-in rolundan bəhs edib. Qeyd olunub ki, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərindəki strateji mövqeyi nəzərə alınmaqla Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr beynəlxalq ticarətin və tranzitin inkişafına münbit şərait yaradıb. Bildirilib ki, İƏT çərçivəsində gömrük xidmətləri arasında işgüzar əlaqələrin inkişafı region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq. İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi təşkilata üzv olan ölkələr arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsinin prosedurların rəqəmsallaşdırılması və asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb. Həmçinin hüquqpozmalara qarşı mübarizə, qabaqcıl bilik və təcrübələrin paylaşılması, potensialın gücləndirilməsi istiqamətində də mühüm nailiyyətlərin əldə olunacağı bildirilib. Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sədrlik etdiyi iclasın gündəliyi qəbul edilib və müzakirələr aparılıb. Əvvəl İƏT Gömrük xidmətləri rəhbərləri Şurasının 8-ci iclasında qəbul edilən qərarlar müzakirə olunub, hesabatlar dinlənilib. Daha sonra “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazası Sazişi”, “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş”, “İƏT və ÜGT arasında Memorandum layihəsi və İƏT Fəaliyyət Planı”, “İƏT Regionunda Elektron Məlumat Mübadiləsi”, “İƏT Regionunda Gömrük məsələlərində potensialın gücləndirilməsi” ilə bağlı məsələlər müzakirə olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 20 İyul 2023 16:37 Paylaş :
Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib Əsas Faydalı Xəbərlər Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Şahin Bağırov Komitənin İdman-Sağlamlıq Mərkəzinin beynəlxalq və respublika əhəmiyyətli yarışlarda uğur qazanan bir qrup idmançısı ilə görüşüb. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev, Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin rəisi Xəzər İsayev, Mərkəzin idmançıları - yunan-Roma güləş növündə Avropa çempionu Ruslan Nurullayev, Polşada keçirilən III Avropa Oyunlarında taekvando üzrə bürünc medal mükafatçısı Qaşım Maqomedov və həmin yarışda boks üzrə fəxri kürsünün 2-ci pilləsinə yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev, U17 yaş qrupu üzrə qadınlar arasında respublika birinciliyinin qalibi “Gömrükçü” komandasının məşqçiləri və üzvləri iştrak ediblər. Görüşdə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən, idmançılara göstərilən hərtərəfli dövlət qayğısından bəhs olunub. Qeyd olunub ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz idman sahəsində beynəlxalq tədbirlərə evsahibliyi etməklə yanaşı, mütəmadi olaraq uğurlu nəticələr əldə edir və idmançılarımız tərəfindən üçrəngli bayrağımız dünyanın mötəbər idman yarışlarında dalğalandırılır. Həmçinin gömrük orqanlarının da idman sahəsində gördüyü işlərdən, bu istiqamətdə əməkdaşların fərdi bacarıqlarının və karyeralarının inkişafı məqsədilə atılan addımlardan bəhs olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 22 İyul 2023 16:52 Paylaş :
Növbəti daxili müsabiqənin ikinci mərhələsi keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Növbəti daxili müsabiqənin ikinci mərhələsi keçirilib Əsas Faydalı Xəbərlər Növbəti daxili müsabiqənin ikinci mərhələsi keçirilib Növbəti daxili müsabiqənin ikinci mərhələsi keçirilib Dövlət Gömrük Komitəsinin struktur bölmələri üzrə vəzifə dəyişikliyində və vəzifədə irəli çəkilmə zamanı şəffaflığın təmin olunması, gömrük sistemində çalışan potensiallı, zəruri səriştələrə malik əməkdaşların müəyyənləşdirilərək vakant vəzifələr üzrə kadr ehtiyaclarının səmərəli qaydada təmin edilməsi məqsədilə keçirilən növbəti daxili müsabiqənin ikinci mərhələsi yekunlaşıb. Gömrük sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələri üzrə keçirilən müsabiqə, həmçinin ehtiyat kadr bazasının formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 388 gömrük əməkdaşı müraciət edib və onlardan 340 nəfəri ikinci mərhələyə qatılmaq hüququ qazanıb. İkinci - “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi” mərhələsində isə 307 gömrük əməkdaşı iştirak edib. Qeyd edək ki, ikinci mərhələnin nəticələri 5 gün ərzində elan olunacaq. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 22 İyul 2023 17:02 Paylaş :