Blog
You Are Here : Home Blog
Azərbaycanda Amerika Ticarət Palatasının Vergi və Gömrük Komitəsinin üzvləri ilə görüş keçirilib
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Azərbaycanda Amerika Ticarət Palatasının Vergi və Gömrük Komitəsinin üzvləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Azərbaycanda Amerika Ticarət Palatasının Vergi və Gömrük Komitəsinin üzvləri ilə görüş keçirilib Azərbaycanda Amerika Ticarət Palatasının Vergi və Gömrük Komitəsinin üzvləri ilə görüş keçirilib İyulun 12-də Dövlət Gömrük Komitəsində Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Vergi və Gömrük Komitəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsində son dövrlərdə aparılan təkmilləşdirilmələr, tətbiq edilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, gömrük orqanları vətəndaş və sahibkar məmnuniyyətinin təmin olunması, qərarların qəbul edilməsi prosesində xarici ticarət iştirakçılarının və digər hədəf qruplarının təklif və rəylərinin öyrənilməsinə xüsusi önəm verir. Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin biznesə faydaları, gömrük dəyəri, qısa idxal bəyannaməsi, qanunvericilik və digər mövzularda müzakirələr aparılıb, palata üzvlərinin fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 İyul 2023 16:54 Paylaş :
Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu Dövlət Gömrük Komitəsinin Akademiyasında “Gais”, “Malwation” və “PEYK” Kibertəhlükəsizlik Texnologiyaları Anonim Şirkətləri ilə əməkdaşlıq çərçivəsində “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub. Bu münasibətlə Akademiyada laboratoriyanın açılışı və hər üç şirkətlə Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Türkiyənin Azərbaycandakı Səfirliyinin, “Gais”, “Malwation”, “PEYK” şirkətlərinin, həmçinin əlaqədar dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə kibertəhlükəsizliyin, bu sahədə ixtisaslı, hərtərəfli biliklərə malik kadrların yetişdirilməsinin əhəmiyyətindən bəhs edilib, Akademiyanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib. Laboratoriyanın açılışında iştirak edən qonaqlar həmçinin Akademiyada yerli və xarici mütəxəssislər tərəfindən dərs və məşğələlərin tədris olunduğu kibertəhlükəsizlik üzrə yay məktəbinin iştirakçısı olan tələbələrlə də görüşüblər. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (VULPMP - Mərkəzi pentest idarəetmə, AIMA - Zərərli proqramların təhlili sistemi, MSP - Zərərli proqram simulyasiya platforması və digər kiber monitorinq alətləri) “Gais Cyber Security”, “Malwation” və “PEYK” kibertəhlükəsizlik məhsullarından istifadə və kritik sistemlərə nəzarət etmə imkanı verəcək. “Gais” kibertəhlükəsizlik şirkəti VULPMP proqram təminatını, “PEYK” şirkəti veb-saytların monitorinqi üçün qabaqcıl alətləri, “Malwation” şirkəti isə hazırda ölkədə və dünyada tanınan AİMA, MSP və CDR kimi proqram təminatını təklif edir. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 13 İyul 2023 14:45 Paylaş :
Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib Əsas Faydalı Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib İyulun 14-də Dövlət Gömrük Komitəsininin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib. Tədbirin əvvəlində iclasın gündəliyində duran məsələlər müzakirə olunub. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 2023-cü ilin 6 ayına həsr olunmuş kollegiya iclasında müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə şəxsi heyətə məlumat verib. Qeyd olunub ki, 2023-cü ilin birinci yarısı ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlıdır. Daha sonra aidiyyəti üzrə gömrük əməkdaşlarının cari ilin 6 ayı ərzindəki fəaliyyəti barədə ötən ilin müvafiq dövrü ilə müqayisəli təhlilinə əsaslanan hesabatları dinlənilib. Həmçinin gömrük xidmətində aparılan struktur dəyişiklikləri və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə vizual məlumatlar verilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 İyul 2023 17:27 Paylaş :